Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.
Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Bu qarşılaşmalar mart ayında baş tutacaq. Millimiz ayın 25-də Malta, 29-da isə Latviya yığması ilə qarşılaşacaq. Hər iki oyun Maltada keçiriləcək.
Milli stadionda təşkil olunacaq görüşlərin başlama vaxtı da bəllidir. Malta ilə oyun Bakı vaxtı ilə saat 22:00-da, Latviya ilə qarşılaşma isə 16:00-da başlayacaq.






