Latviya millisi tarixində ilk dəfə Azərbaycan yığmasına qalib gəlib.
Bununla da millimizin uduzduğu rəqiblərin sayı 53-ə çatıb.
Bunadək 52 komanda yığmamız üzərində qalibiyyətə sevinmişdi. Latviya millinin sevindirdiyi 53-cü rəqibi oldu. Hərçənd əvvəlki 4 matçda uduzmamışdıq.
Millimiz indiyədək 70 rəqiblə üz-üzə gəlib. Onlardan 53-nə uduzan komanda onların 76 faizinə məğlub olub.
Ən çox uduzduğumuz komandalar isə Uels, Portuqaliya, Finlandiya, Slovakiya və Macarıstandır. Onların hərəsi 7 qələbəsini Azərbaycan yığması üzərində qazanıb.






