"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycana 23 milyard yatırım edən ölkə

12 Fevral 2016 - 16:20
in İQTİSADİYYAT MANŞET

Fevralın 11-də Londonda Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib.

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şahin Mustafayevin və Böyük Britaniyanın Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Modun həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.

 

İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda 473 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir:

 

“Ölkəmizdə həyata keçirilən layihələrdə Böyük Britaniya şirkətləri podratçı kimi də iştirak edirlər. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 23 milyard ABŞ dollarından çox investisiya qoyulub”.

 

Azərbaycan və Böyük Britaniyanın iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini vurğulayan nazir bankçılıq, İKT, su təchizatı, turizm, səhiyyə sahələrində də əlaqələrin davam etdiyini deyib.

 

Ş.Mustafayev bildirib ki, Hökumətlərarası Komissiya çərçivəsində Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər, Neft və Qaz üzrə birgə işçi qruplarının fəaliyyət göstərir və fevralın 10-11-də keçirilmiş iclaslarda və Təhsil Forumunda ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

Nazir investisiya, turizm, İKT, enerji, ekologiya sahələrində əməkdaşlığın, Azərbaycanın qeyri-neft məhsullarının Böyük Britaniyaya ixracının, ölkəmizdə yaradılan sənaye parklarında və aqroparklarda Britaniya şirkətlərinin iştirakının, birgə biznes forum, sərgi və təqdimatların keçirilməsinin əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib.

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və İnvestisiyalar üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Fransis Mod ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Komissiyanın iclasında aparılan müzakirələrin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında önəmli olacağını vurğulayıb.

 

İclasın sonunda Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Ş.Mustafayev və F.Mod imzalayıblar.

 

İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı protokolda iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin, Böyük Britaniyanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanır.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təhsil haqqı ödəyənlərə – Şad xəbər

Next Post

Müşərrəf: “Terror təşkilatlarını biz yaratmışıq”

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Müşərrəf: “Terror təşkilatlarını biz yaratmışıq”

"Qarabağın açarı kimdədir?" - ABŞ etiraf etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.