"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycana bu tərkibli dərmanların idxalı qadağan edildi

23 İyul 2018 - 18:37
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycan ərazisinə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə etmiş şirkətlərin valsartan tərkibli dərman vasitələrinin idxalı qadağan edilib.

ELchi.az  xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Avropa Dərman Agentliyi (EMA) Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələrinin qiymətləndirilməsini həyata keçirir. Bu tədbir Avropa Birliyində bir-sıra şirkətlərin valsartan tərkibli dərman vasitələrinin istehsalında valsartan təsiredici maddə substansiyası olaraq istifadə etdikləri Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında N-nitrosodimethylamine (NDMA) maddəsinin tapılması ilə əlaqədardır.

Laborator testlərin nəticələrinə əsasən N-nitrosodimethylamine (NDMA) maddəsi kanserogen xüsusiyyətlərə malik ola biləcək bir maddə olaraq qiymətləndirilir.

Qiymətləndirmə və araşdırmaların aparıldığı bir mərhələdə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələri Avropa Birliyi ölkələrində, ABŞ və bir çox başqa ölkələrdə geri çağrılıb. Bu barədə EMA, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin dərman vasitələrini tənzimləyən rəsmi qurumları öz rəsmi saytlarında məlumat veriblər.

Valsartan arterial hipertenziyalı xəstələrin müalicəsi üçün, həmçinin ürək çatışmazlığı və ya miokard infarktı keçirmiş xəstələrin kombinə olunmuş müalicəsinin tərkibində istifadə edilir.

Mərkəzdən bildirilib ki, Azərbaycan ərazisində istifadə olunan valsartan tərkibli dərman vasitələrindən müxtəlif doza və qablaşdırmada olan yalnız üç adda dərman vasitəsinin (VALZ, VALZ H, KoValsar-Denk) istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilib

Mərkəzdən qeyd edilib ki, Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri – VALZ, örtüklü tabletlər №28, valsartan 80mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ, örtüklü tabletlər №28, valsartan 160mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ H, örtüklü tabletlər №28, valsartan/hydrochlorothiazide 80mg/12.5mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ H, örtüklü tabletlər №28, valsartan/hydrochlorothiazide 160mg/12.5mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), KoValsar-Denk, örtüklü tabletlər №28 (4×7), valsartan/hydrochlorothiazide 80mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya), KoValsar-Denk, örtüklü tabletlər №28 (4×7), valsartan/hydrochlorothiazide 160mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya), KoValsar-Denk, örtüklü tabletlər №28 (4×7), valsartan/hydrochlorothiazide 320mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya) geri çağrılıb.

Azərbaycan ərazisində istifadə olunan digər valsartan tərkibli dərman vasitələrinin istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilməyib. Əldə olan məlumatlara əsasən, bu dərman vasitələrinin istehsalında istifadə olunan substansiyalarda qeyd edilən N-nitrosodimethylamine (NDMA) maddəsi yoxdur. Buna əsasən bu dərman vasitələri geri çağırılmırlar və bundan sonra da istifadə təlimatlarında göstərilən göstərişlərə və tövsiyyələrə uyğun istifadə oluna bilərlər:

“Valsartan tərkibli dərman vasitələrinin istehsalında istifadə olunan substansiyada gözlənilməyən maddə tapılmışdır. Azərbaycan Respublikası ərazisində istifadə olunan valsartan tərkibli dərman vasitələrindən müxtəlif doza və qablaşdırmada olan yalnız üç adda dərman vasitəsinin (VALZ, VALZ H, KoValsar-Denk) istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilib. VALZ , VALZ H və KoValsar-Denk dərman vasitələri geri çağırılıb. Müalicə həkiminizin göstərişi olmadan valsartan qəbulunu dayandırmayın”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

XİN-dən girov götürülən azərbaycanlılarla bağlı AÇIQLAMA

Next Post

Gürcüstanda polisin qətlə yetirdiyi oğru azərbaycanlı imiş

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Gürcüstanda polisin qətlə yetirdiyi oğru azərbaycanlı imiş

Gürcüstanda polisin qətlə yetirdiyi oğru azərbaycanlı imiş

İcra başcıları kondisionerli otaqlardan çıxıb xalqın problemləri ilə maraqlanmalıdırlar

İcra başcıları kondisionerli otaqlardan çıxıb xalqın problemləri ilə maraqlanmalıdırlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.