"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycana qarşı yaradılan cəbhənin təhdidləri: Rəqəmlər, işləmə mexanizmləri – TƏHLİL

24 Avqust 2022 - 12:45
in SİYASƏT

“Cənubi Qafqazdakı postmünaqişə periodu Azərbaycan əleyhinə xarici təhdid mənbələrinin aktiv fəaliyyətə keçməsinə səbəb olur.
Azərbaycana qarşı təzyiq alətlərini gündəmdə saxlayanlar postmüharibə reallığında düşüncələrinə format verirlər, çünki keçmiş təhdid ənənəsi öz aktuallığını itirir və onun yenilənməsi ehtiyacı yaranır”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında bildirib.

Analitik qeyd edib ki, Azərbaycan təhdidlərin qalaqlandığı ocaqları aşkarlayır, həmin mənbələrdən yola çıxaraq ölkəyə qarşı koordinatlar quran şəbəkələri ifşa edir və ölkəyə gələ biləcək təhlükələrin önünə sədd çəkir:

“Milli təhlükəsizliyə qarşı risklərin qiymətləndirilməsinə əsasən, Azərbaycana xarici təhdid faktorları sırasında narkotik vasitələrin dövriyyəsi və bu məqsədlə ölkə ərazisindən tranzit kimi istifadəsi əsas təhlükə olaraq qalmaqdadır. Narktotik tonqalı region ölkələrində qalanır və onun qığılcımları Azərbaycana da sıçrayır.
Azərbaycandan istifadə edilməklə dövriyyədə olan narkotiklərin ölkəyə ilkin giriş nöqtəsi İran, əsas mənşə ölkə isə Əfqanıstandır.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2021-ci il üzrə hesabatına əsasən, Azərbaycan üzərindən daşınan heroin adətən Rusiya və ya Gürcüstana, daha sonra isə Qara dənizdən keçirilərək Qərbi və Mərkəzi Avropa bazarlarına çıxarılır.
Gürcüstan hökumətinin məlumatına əsasən, 2018-ci ildə ölkəyə daxil olan heroinin 70 faizi Azərbaycandan keçirilib. Həmin il üzrə Rusiyadakı ağ ölüm bazarının qiymətləndirilməsindən belə nəticəyə gəlinib ki, şimal qonşumuzda da aşkar edilən heroinin 40 faizi Azərbaycandan gətirilib.
Bunlar hələ Azərbaycan vasitəsilə xaricə axıdılan zəhərin rəsmi statistikasıdır. Bura ölkə daxilindəki narkoticarət şəbəkəsinin fəaliyyətini də əlavə etsək, deyə bilərik ki, bu, Azərbaycan üçün çox ciddi təhdid faktorlarının mövcudluğunun göstəricisidir.
Narkotik ticarətində daha müasir üsullardan da istifadə edilir ki, burada cinayət birliklərin əsas məqsədi gizliliyi, üzə çıxmamağı təmin etməkdir. Lakin onların da işləmə mexanizmi ifşa edilir, deşifrə, şəbəkənin məramını, proseslərə insanların cəlb edilməsi mərhələlərini təsvir etmək üçün bizə sxem verir:

  • Yeni texnologiyalardan və məsafədən bank məhsullarından istifadə edərək narkotik ticarətini hərəkətə gətirənlər region dövlətlərinin ərazisində yerləşən, idarə edilən cinayətkar birliklərdir.
  • Həmin cinayətkar birliklər vahid idarəetmə mərkəzi yaradaraq bir-birini tanımayan yüzlərlə insanı cinayətin törədilməsinə cəlb edir,
  • Sonradan əldə edilmiş külli miqdarda vəsaitləri müxtəlif üsullarla, bank sistemindən istifadə etməklə və ya kriptovalyuta ilə ölkədən çıxarırlar.
    Müştəri uyğunluğu tədbirləri üzrə risk əsaslı yanaşma tam tətbiq edilmədiyi üçün bank məhsulları narkotik vasitələrinin satışının həyata keçirilməsi məqsədilə asanlıqla sui-istifadə istifadə edilə bilir.
    Bununla belə, vurğulamaq ehtiyacı var ki, narkotik vasitələr üzrə hesablaşmalar Azərbaycanın maliyyə sistemi üzərindən həyata keçirilmir, daha doğrusu Azərbaycanın müvafiq orqanları buna imkan və şərait yaradan vasitələrin cücərib boy atmasının qarşısında baryerdir.
    Azərbaycana dini və etnik zəmində problemlər yaradılması, bunun terror riski ilə yekunlaşdırılması istəkləri də kimlərinsə maraq dairəsində məxsusi yer tutur, belə tendensiyalar Qarabağ münaqişəsi zamanında xüsusilə gözə çarpırdı.
    Ancaq görülən kontur-tədbirlər sayəsində Azərbaycan terror ənənələrini ideallaşdırmağa girişən şəbəkəni çökdürüb.
    Bunun nəticəsidir ki, 2015-2021-ci illəri əhatə edən dövr ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən və ya xarici ölkələrdəki terror təşkilatları ilə əlaqəli olan qruplar aşkar edilməyib”.

  • A.Kərimovun sözlərinə görə, sosial şəbəkələrdə etnik və dini zəminli fikir toqquşması yaratmaq, ictimai rəyi çaşdıran məlumatlar paylaşmaq halları ara-sıra müşahidə olunur:
  • “Son məqsəd ictimai qarşıdurma yaradaraq etnik-dini əsaslı terror risklərini formalaşdırmaqdır. Etnik zəminli terror riskləri ayaqda saxlamaqdan ötrü vəsaitlərin toplanması həyata keçirilir. Belə ki, pul köçürmə mexanizmləri vasitəsilə müxtəlif növ qeyri-kommersiya və ictimai təşkilatların imkanlarından istifadə edilir. Habelə bəzi region və Qərb dövlətlərində yerləşən maliyyə institutlarından aktiv istifadə edilməklə maliyyələşmə baş tutur.
    Xarici ölkələrdə yaşayan imkanlı ermənilər, həmçinin erməni diaspor təşkilatları bu prosesdə aktiv iştirak edirlər.
    Dini zəmində terrorçuluğun maliyyələşdirilməsi fəaliyyətləri isə əsasən ianələr vasitəsilə, nağd şəkildə və müxtəlif maliyyə kanallarından istifadə edilməklə həyata keçirilir.
    NƏTİCƏ: Azərbaycana təhdid üçün iki əsas amildən istifadə olunur: narkotik vasitələrin dövriyyəsi və dini-etnik problemlər ərsəyə gətirmək”.
  • Yeganə
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kimsə deyirdi ki, Avropa yuxuludur… – Zelenski

Next Post

Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirdi

Deputat: “Dünya erməni barbarlığı qədər ikinci bir vəhşilik görməyib”

Deputat: "Dünya erməni barbarlığı qədər ikinci bir vəhşilik görməyib"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.