İyunun 21-də planetin Şimal yarımkürəsində, o cümlədən də Azərbaycanda yay fəsli başlayıb.
Bu barədə Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, yayın gəlişi bu gün saat 02:34 müşahidə edilib.
Məlumatda həmçinin qeyd edilib ki, yay fəsli Azərbaycanda 22 sentyabr saat 18:21-ə qədər davam edəcək. Ondan sonra isə ölkədə payız fəsli başlayacaq.




