"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanca filmlər çəkən məşhur erməni

15 Noyabr 2014 - 13:02
in MƏDƏNİYYƏT

Sovet kinosunun çox maraqlı rejissorlarından sayılan, Azərbaycanı, onun mədəniyyətini sevəndd16bbc159776afc87def21909fb5329 erməni əsilli rejissor Sergey Paracanovun son filmlərindən biri “Aşıq Qərib” dramıdır.  Mixail Lermontovun “Aşıq Qərib” əsəri əsasında ekranlaşdırılan filmin mətni üzərində üzərində işləyənlərdən biri, böyük şair Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu ilə müsahibəni təqdim edirik.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

 

 

– Paşa müəllim, filmdə iştirakınız necə oldu?

 

–  Əvvəla ondan başlayım ki, Sumqayıt hadisələrinin bir illiyi idi, biz bu ərəfədə rejissoru erməni olan, Gürcüstan kinostudiyasında istehsal edilən, şifahi ədəbiyyatımızın nümunəsi „Aşıq Qərib“in motivləri əsasında çəkilən bir əsərin dublyajı ilə məşğul idik. Maraqlı və paradoksal vəziyyət idi. 1989-cu ilin əvvəllərində şair, fizika riyaziyyat elmləri namizədi Aydın Əfəndiyev dedi ki, Tiflisdə Sergey Paracanovla tanış olmuşam. Aydının çox geniş əlaqələri vardı. Biz onunla bir neçə iş də görmüşdük, yapon şairlərinin antologiyasını tərtib etmişdik. Heyf ki, onu çap edə bilmədik. Sonra Aydın da itirdi onu. Paracanov Aydından xahiş edib ki, biz onun filmini azərbaycanca səsləndirək. Aydın rusdilli olduğuna görə mətni azərbaycanlaşdırmağa gücü yetməzdi. Ona görə mən, Həmid Herisçi ilə birlikdə əvvəlcə dastanın dilini nəzərdən keçirdik ki, hansı sözləri necə istifadə edək.  Mətni işləyəndə bilirdik ki, Paracanov kimdir, hansı günahları olub, həbsdə niyə yatıb. Hər halda bu mənada maraqlı idi. Və onun bəzi filmlərində kadr arxasında Azərbaycan dilində şeirlərin də səsləndirdiyini bilirdik. Əvvəlki filmlərində Sayat Novanın şeirlərini azərbaycan, gürcü, erməni dillərində oxunub. Onun ümumiyyətlə, Azərbaycana  münasibəti çox yaxşı idi.

 

„Azərbaycanfilm“in rəhbərliyi də əllərindən gələni etdi ki, səsləndirmə yaxşı alınsın. Paracanov filmi çəksə də dialoq yox idi. Bir neçə həftə gecə-gündüz filmi səsləndirmək üçün çalışdıq. Ən yaxşı aktyorlar Səyavuş Aslan, Rasim Balayev, Nurəddin Mehdixanlı, Əminə Yusfiqızı, Sadıq Hüseynov, Ramiz Məlikov ürəklə çalışdılar. Paracanov dedi ki, film Kann festivalına geçikib, amma Berlin festivalına çatdıra bilərəm. Film Berlində Avropa Kinoakademiyasının bədii tərtibatına görə xüsusi mükafatını aldı.

– Paracanovla ilk görüşünüz necə, harda oldu?

 

– Ilk görüş „Azərbaycanfilm“ kinostudiyasında oldu.  Orda filmin təqdimatı da oldu. Rejissor Kira Muratova da gəlmişdi. Filmdə rol alan aktyorlar, əcnəbilər də vardı. O vaxt Azərbaycana qarşı antitəbliğat aparılan illər idi. Təəccüblənirdim ki, onlar bura necə gəlib çıxıblar. Və bunlar da gözləyirdilər ki, Paracanov bizim əleyhimizə nəsə danışacaq. Əksinə oldu. Paracanov dedi ki, bu əsəri çəkməkdə məqsədim dünyaya Lermontov kimi böyük şəxsiyyətin olduğunu tanıtdırmaqdır. Paracanov filmi Lermontovun kiçik həcmli „Aşıq Qərib“ əsəri əsasında çəkib. Çox gözəl əsərdi sizə deyim. Lermontov bunu Şamaxıda yerli camaatdan toplayıb. Amma əsər bir az çaşdırır, yəni mətndə bəzən Qərib əvəzinə Kərəm də gedir. Görünür, bu iki dastanı hansısa aşıqdan eşidib, ona görə mətndə hər ikisinin adı gedir. Mətnşünaslar da olduğu kimi saxlayıblar. Sonra Paracanov dedi ki, istəyirəm film azərbaycan dilində getsin. Çünki bu dili çox sevirəm, musiqili dildir. Paracanov çox ünsiyyətcil adam idi, tanımadığı adamlarla dərhal dostlaşırdı. Yeri gəlmişkən, Bakıya gələndə baş rolun ifaçısını da gətirmişdi.

 

– O, erməni idi məncə…

 

– Yox, əslində yezidi kürdü idi. Familiyasını erməniləşdirmişdilər. Özü də deyirdi ki, yezidi kürdüyəm.

 

– Iş prosesi necə getdi?

 

– Əsas çətinlik bizim öhdəmizə düşürdü. Çünki filmin ümumiyyətlə mətni yoxdu. Paracanov ümumiyyətlə, mətn düşünməmişdi. Dialoqları işləməliydik. O, yalnız təsvirləri çəkmişdi. Dedim ki, axı belə olmur, heç olmasa nəsə yazılmalıydı. Paracanov dedi ki, kinoya Dovjenkonun (Aleksandr Dovjenko, ukraynalı, məşhur sovet rejissoru- S.S) təsiri altında gəlmişəm. Siz onun ssenarilərini görsəydiz, bilərdiz.  Özü də ukraynaca yaxşı bilirdi. İlk əsərlərini orda çəkmişdi. Iki cür ssenari var – ədəbi və rejissor ssenarisi. Rejissor ssenarisində kadrın məzmunu, detalları yazılır. Paracanov deyirdi ki, Dovjenko rejissor ssenarisində yazırdı ki, buludlu səma, dialoq yazmırdı. Mən də aktyorların mətnini tam hazırlamıram.

 

– Filmi harda çəkmişdi?

 

– Müxtəlif yerlərdə. Bəzi yerlərini İçərişhərədə çəkib, məsələn, bazar səhnələrini. Kadrlardan birində yerə tökülən meyvə səhnəsi var. Filmdə istifadə edildikdən sonra camaata verib ki, yesinlər.  Biz təsvriə baxa-baxa mətni yazırdıq. Elə ordaca aktyorlara verirdik, onlar da səsləndirirdi. Bir epizod var, qoca aşıq ölür, Qərib onu dəfn edir. Paracanov dedi ki, burda da nəsə mətn olsun. Çətinliyimiz oldu, söz tapa bilmədik. Və qərara gəlidk ki, sadəcə ah-nalə olsun. Yerdə qalan epizodlarda Səyavuş Aslan kimi istedadlı adamlar təcrübəsi, peşəkarlığı hesabına nəsə yaratdılar. Improvizə edirdilər. Bu da Paracanovu xoşuna gəlmişdi. İmprovizələlərin çox olmasını istəyirdi.

 

– Dialoqları yazanda Paracanov deyirdi ki,  təxminən belə olsun yoxsa tam sərbəstlik vermişdi?

 

– Tam ixtiyar vermişdi ki, istədiyinizi yazın. Biz filmə dəfələrlə baxmışdıq. Qeydlər aparmışdıq. Orda Xızır gəlir, Qəribi çətin vəziyyətdən çıxarır. Dastanı oxumayan adam bilmir ki, o, Qəribə nə deyir. Deyir ki, « min tərkimə » . Lermontovun əsərində bir çox şeylər olmadığı üçün, dastandan istifadə elədik. Heç Paracanovun xəbəri də olmadı.  O, filmin direktorunun yanında deyirdi ki, bunlar, yəni gürcülər məni sıxışdırırlar ki, « Allah » sözü olmasın. Mən dedim ki, Tanrı deyərik. Gürcülər anlamaz.

– Ruscaya kim tərcümə elədi ?

 

– Özümüz. Paracanov bizə inanırdı, etibar edirdi. Ona görə də ruscaya da özümüz elədik. Ona lazım idi ki, Azərbaycan dilində səslənsin. Ümumiyyətlə, onun bizə mənfi münasibət yox idi. Bir dəfə dedi ki, nazizm erməniləri də, gürcüləri də məhv elədi. Siz özünüzü qoruyun ki, bu günə düşməyin. Bunu açıq deyirdi çəkinmirdi. Erməniləri sevmirdi, millətçiliyinə görə.

 

– Filmin maraqlı üslubu var : teatrallaşma, şərtilik, anaxronizm, qrotesk qrim…  

 

– Bir də orda qəhrəmanların görünüşündə Qacar minatür məktəbinin istifadə etmişdi. Minatür məktəbini yaxşı bilirdi. Qacar minatür məktəbi bir az Rembrandtın tablolarını da xatırladır. Onun tablolarında qara rənglə çox söz deyilirdi və qara fon rol oynayırdı. Paracanov zövqlü adam idi. Yeri gəlmişkən, o, bizlə daha bir film çəkmək istəyirdi. Sultan Süleyman haqda. Yəni onda antitürk əhvalı yox idi. Əgər olsaydı, Lermontovun bu əsərini də ekranlaşdırmazdı. Çünki Lermontov əsəri türk nağılı kimi təqdim edir.

 

Bir də Paracanov özü haqda mif yaratmağı sevirdi. Aydın deyirdi ki, film çəkiləndən sonra getdim Paracanovun evinə. Gördüm ki, çarpayıda oturub. Başına su damır. Bu da çətir tutub, oturub poz verir. Dostları da yığışıb başına. Ekstravaqant idi və elə özü  kino qəhrəmanı kimi idi. Filmlərindəki paltarları da özü tikirdi. Hətta bu nominasiyada mükafat da alıb. Keçmiş dövrlərin libaslarını yaxşı bilirdi. Vidalaşanda Əminə Yusifqızı ona dedi ki, tanıdığım rejissorlar arasında ən qəribəsi sizsiz. Doğrudan da elə idi. Vərdiş eləmədiyimiz iş üslubu vardı.  Məncə, “Aşıq Qərib” daha çox azərbaycan filmdir: həm bizim dastanın motivləridir, həm səsləndirmə azərbaycancadır, həm də musiqini Cavanşir Quliyev yazmışdı, filmin musiqi həlli başdan ayağa folklor musiqisi və muğamdır.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Aygün Kazımovanın qızını da “yandırır”

Next Post

Azərbaycan Avropa İttifaqının “Assosiasiya sazişi” imzalanması təklifinə niyə cavab verməyib?

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Azərbaycan Avropa İttifaqının “Assosiasiya sazişi” imzalanması təklifinə niyə cavab verməyib?

Azərbaycan prezidenti Şəmkir rayonuna səfər edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.