"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda əhali qripə qarşı pulsuz vaksinasiya edilə bilər?

27 Oktyabr 2017 - 09:20
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanda dövlət tərəfindən əhali arasında qrip əleyhinə planlı qaydada peyvəndləmə işləri aparılmır.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyeva bildirib ki, bu gün Azərbaycana qripə qarşı vaksinlər dövlət tərəfindən deyil, özəl şirkətlər vasitəsilə gətirilir. Ölkədə qripə qarşı vaksinasiya tədbirləri də özəl müəssisələr tərəfindən həyata keçirilir: “Amma hələlik planlı qaydada dövlət tibb müəssisələri tərəfindən qripə qarşı vaksinasiya aparılmır və nəzərdə də tutulmur. Əgər buna ehtiyac olarsa – yüksək xəstələnmə göstəricisi qeydə alınarsa, SN tərəfindən vaksin sifariş edilər və bu iş həyata keçirilər. Hələlik isə ölkədə qrip xəstəliyi olmadığından buna ehtiyac yoxdur”.

Qeyd edək ki, peyvənd etdirmək üçün ən münasib dövr sentyabrdan noyabradək olan müddət hesab edilir. Peyvənd orqanizmi 80 faizədək qrip virusundan müdafiə edə bilər.

Trend-in apardığı araşdırmadan məlum oldu ki, qripə qarşı peyvəndləmə işini Bakıdakı özəl klinikaların çox az hissəsi həyata keçirir.

Klinikalar arasında keçirdiyimiz sorğu zamanı bəlli oldu ki, qripə qarşı vaksinasiyanı həyata keçirən klinikalarda uşaqların peyvənd öncəsi həkim müayinəsindən keçməsi tələb olunsa da, böyüklər üçün bu şərtə əməl etmək vacib deyil. Müraciət edən böyüklər öz istəklərinə uyğun olaraq, peyvənddən əvvəl terapevtlərin müayinəsindən keçə bilərlər.

Peyvəndin qiymətinə gəldikdə isə, ötən illərdə uşaqlar üçün olan peyvəndlərin qiyməti böyüklər üçün nəzərdə tutulan qiymətdən daha ucuz olsa da, bu il həm böyüklər, həm də uşaqlar üçün peyvəndin qiyməti eyni- 40 manat müəyyənləşib.

Özəl klinikalardan bildiriblər ki, böyüklərə və uşaqlara vurulan dozaların fərqli olmasına baxmayaraq, uşaqlar üçün vaksin istifadə edilərkən o, yarımçıq, yəni istifadəsiz qaldığından onlar üçün də peyvəndin qiyməti böyüklərdə olduğu kimi hesablanır.

Bəzi klinikalarda bu qiymətə uşaqlar üçün həkim müayinəsinin qiyməti də daxil edilib. Lakin böyüklər peyvənddən əvvəl həkim müayinəsindən keçmək istədikdə bunun üçün əlavə xidmət haqqı ödəməlidirlər.

Özəl tibb müəssisələrində istifadə edilən peyvəndlər əsasən, Belçika və Fransa istehsalıdır.

Klinkalardan verilən məlumata görə, peyvəndə qarşı immunitet 2-3 həftə ərzində yaranır. Peyvənd olunan insanlar bu müddətdə özlərini infeksiyalardan qorumalıdırlar. Orqanizmdə immunitet yarandıqdan sonra həmin şəxslər 1 il müddətində qripə yoluxsalar belə, onu yüngül keçirirlər.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2017-2018-ci ilin payız-qış mövsümündə qripin növbəti ştamlarının – qrip B-Brisben, qrip A-H3N2 (Honkonq) və H1N1-Miçiqan qriplərinin üstünlüyünü proqnozlaşdırıblar.

Azərbaycan Səhiyyə Nazirliyi bu ilki payız-qış mövsümünün indiyədək olan dövrü ərzində ölkə ərazisində qrip virusunun aşkarlanmadığını açıqlayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Metroda sərnişin sıxlığı ilə bağlı AÇIQLAMA

Next Post

Neftin qiyməti psixoloji həddi aşdı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Neftin qiyməti psixoloji həddi aşdı

Cəbhədə vəziyyət necədi?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.