Ən çox axtarış telefonlarla bağlı olub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ən çox istifadə edilən 4 elektron xidməti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanvar ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlər arasında ən çox 4 e-xidmətdən istifadə edilib.
Bu e-xidmətlərə “Telefon nömrəsi üzrə axtarış”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI kodunun yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri daxildir.
“Telefon nömrəsi üzrə axtarış” xidməti 76 627 istifadə sayına görə ilk pillədə qərar tutub.
İstifadəçilər “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətindən 59455, “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən 39327 və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən isə 21160 dəfə faydalanıb.
ANS PRESS



