"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda 20 növ quşun adı dəyişdirilib – SİYAHI

04 Aprel 2019 - 16:22
in CƏMİYYƏT

AMEA-nın Zoologiya İnstitutu bəzi quş növlərinin adlarının dəyişdirilməsi məsələsinə aydınlıq gətirib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

İnstitutun direktoru Elman Yusifov “Report”a açıqlamasında deyib ki, son dövrlər Azərbaycan faunasında quşların sayı və adları barədə mütəxəssislərin müxtəlif fikirləri bəzi çaşqınlıq yaradırdı.

O qeyd edib ki, bəzən də regionlarda quş adları fərqli formada bir neçə versiyada deyilirdi: “Bəzi mənbələrdə, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeksənəq adlar olurdu. Ona görə də institutun Elmi Şurası qərara aldı ki, Azərbaycan faunasının taksonomik spektrini tərtib olunsun və ona görə də belə zərurət yarandı. Bu məsələdə tək bizim institut yox, ETSN, Bakı Dövlət Universiteti, Naxçıvan Bioresurslar İnstitutu və Gəncədən olan mütəxəssislər cəlb edilərək yekun qərar hər kəsə deyildi. Bəzi quş adları birdəfəlik, bəziləri də müəyyən mənada dəyişdi. Yaxın vaxtlarda həmin adlar nəşr ediləcək”.

E.Yusifov xatırladıb ki, Azərbaycan faunasında 405 quş növü təsdiq edilib və onun içərisində mübahisə doğuran 20 adı ortaq məxrəcə gəlinərək dəyişdirilib.

Zooloji Muzeyin müdiri Səbinə Bünyatova isə qeyd edib ki, quş adlarının dəyişdirilməsi barədə Azərbaycan onurğalılar faunasının taksonomik spektrinin müzakirəsi zamanı qərar qəbul edilib.

O bildirib ki, indiyə qədər ornitoloqlar tərəfindən təqdim olunan 140 növün adları arasında fərqlilik olub: “Bu müzakirə olunaraq yekun adlar qəbul edildi. Müzakirəyə çıxarılan 20 quş növünün yerli adları ornitoloqlar Elçin Sultanov, İlyas Babayev, Tahir Kərimov, Əbülfəz Tağıyev, Sevinc Rəcəbova, AMEA-nın Zoologiyaİnstitutunun direktoru Elman Yusifov, elmlər işlər üzrə direktor müavini Elşad Əhmədov və Quru onurğalıları laboratoriyasının müdiri Qiyas Quliyev arasında müzakirə olundu və səs çoxluğu ilə yekun adlar qəbul olundu”.

S.Bünyatova qəbul olunan yeni adların izahını da verib: “Belə ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olundu. Batağan adı quşun suyun dərinliklərinə baş vurmaq xüsusiyyəti əsas götürülərək seçildi.

Lələk örtüyünün xallı naxışa malik olması əsas götürülərək böyük qartalça və ya çığırğan qartalça növünün yeni adı böyük xallı qartal qəbul edildi.

Həmçinin, ördəktutan qızılquş və ya ördəktutan kimi tanıdığımız quş növünün adının, bu növün bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğu əsas götürülərək sərçəkimilərə aid kiçik quşlarla qidalanan qızılquş növünün adı sərçəçalan kimi dəyişdirildi.

Qəşəng durna növünün adı isə telli durna qəbul edildi. Bu növün baş hissəsində tel formasında uzanan lələk topası olur.

Dovdaqlar fəsiləsinə aid olan müxtəlif ədəbiyyatlarda cek, gözəl cek, qəşəng baladovdaq kimi yazılan növün adı qəşəng dovdaq təklif olundu.

Həmçinin alman və rus dili mənşəli bir sıra adlar milli adlarla dəyişdirildi:

trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, sitta – fitçi, tixodrom – qaya quşu və s. Kölgəlik yarpaqgüdəni əvəzinə sin-sin yarpaqgüdəni qəbul edildi, çünki növ bu cür səs çıxarır, lakin ədəbiyyatlarda səhvən “теньковка” adı “kölgə” kimi tərcümə edilib”.

Tam siyahını təqdim edirik:

Köhnə adlar Yeni adlar
Maygülü batağan
Böyük qartalca, çığırğan qartalca Böyük xallı qartal
Ördəktutan qızılquş, ördəktutan sərçəçalan
Qəşəng durna Telli durna
Cek, gözəl cek gözəl dovdaq
Trinqa otluq cüllütü
Bekas meşə cüllütü
Sterna Sümrü
Adi sitta adi fitçi
Qırmızıqanad tixodrom qırmızqanad qaya quşu
Kölgəlik yarpaqgüdəni Sin – sin yarpaqgüdəni
İlanboyun adi buruqboyun
Alacəhrə alaçöhrə
Toğlugötürən saqqalı kərkəs
Leşyeyən qartal leşyeyən ağkərkəs
Sultan toyuğu Sultan quşu
Torağay turağay
Sarıdimdik qarğa Sarıdimdik dolaşa
Tuvik Tüviy
Anqut qırmızı ördək
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabiq icra başçısının qohumu azadlıqdan məhrum edildi

Next Post

“Diqlas”da zərər çəkənlərə ödənişlərin verilməsinə başlanır

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Diqlas”da zərər çəkənlərə ödənişlərin verilməsinə başlanır

"Diqlas"da zərər çəkənlərə ödənişlərin verilməsinə başlanır

Alimlər Akif Əlizadədən prezidentə şikayət etdi

Alimlər Akif Əlizadədən prezidentə şikayət etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.