"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Azərbaycanda aclıq aradan qaldırılıb` – Məmmədyarov

23 Sentyabr 2016 - 09:58
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Son illər ərzində Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin bir çox hədəflərinə, xüsusən ifrat yoxsulluq və aclığın aradan qaldırılması, universal ibtidai təhsilin təmin edilməsi və gender bərabərliyinin təşviq edilməsində əhəmiyyətli nəticələrə nail olub”.

Bunu sentyabrın 22-də Nyu-Yorkda BMT Ali Məclisinin yüksək səviyyəli bölməsində İnkişaf Hüququ üzrə Bəyannamənin 30-cu ildönümünə həsr olunmuş iclasda çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Azərbaycan İnkişaf Hüququ üzrə Bəyannaməyə böyük əhəmiyyət verir. Mən bir daha Bəyannamədə təsbit olunan prinsiplərə hökumətimiz tərəfindən riayət edildiyini təsdiqləmək istərdim.

Ötən il biz burada, Nyu-York şəhərində milli və beynəlxalq səviyyədə inkişaf proqramının mərkəzi hissəsini təşkil edən Davamlı İnkişafa dair 2030 Gündəliyinin qəbulu kimi tarixi hadisəyə şahidlik etdik. 2015-ci ildən sonrakı inkişaf gündəliyi heç kimi gözardı etməməyi və ilk sıradan ən ucqar nöqtələrdə olanlara qədər hamını əhatə etməyi öhdəsinə götürür. Bəyannamə həmçinin, yoxsullar üçün əlverişsiz şəraitə malik və onlara inkişafın təsirlərindən faydalanmaqda mane olan struktur əngəllərinin aradan qaldırılmasına çağırır. Bəyannamə və 2030 Gündəliyi arasında əhəmiyyətli dərəcədə uyğunluq diqqətə layiqdir və Bəyannamənin prinsiplərinin praktik icrasına daha çox diqqət ayırılması üçün beynəlxalq ictimaiyyəti ruhlandırır”.

O, Azərbaycanın ifrat yoxsulluq və aclığın aradan qaldırılmasında əhəmiyyətli nəticələrə nail olduğunu diqqətə çatdırıb: “Son illər ərzində Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin bir çox hədəflərinə, xüsusən ifrat yoxsulluq və aclığın aradan qaldırılması, universal ibtidai təhsilin təmin edilməsi və gender bərabərliyinin təşviq edilməsində əhəmiyyətli nəticələrə nail olmuşdur. Hazırda, Azərbaycan daha davamlı, inkluziv və şaxələnmiş iqtisadiyyatın inkişafına yönəlmiş Davamlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə almaqla öz milli davamlı inkişaf strategiyasını qəbul etməkdədir.

Hökumət əhalinin rifah halının yaxşılaşdırılması və vətəndaşlar tərəfindən mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlardan tam istifadənin təmin edilməsinə xidmət edən səmərəli idarəçilik, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmətin təmin edilməsi, ictimai xidmətlərə asanlaşdırılmış çıxış, hərtərəfli və bərabərhüquqlu təhsilin, gender bərabərliyi və qadınların rolunun gücləndirilməsi, sərfəli enerji və ətraf mühitin mühafizəsinə giriş imkanının təmin edilməsi sahəsində geniş-miqyaslı proqramlar həyata keçirmişdir. Azərbaycan insan inkişafı indeksində öz yerini ciddi şəkildə yaxşılaşdırmağa nail olaraq 2004-cü ildə 187 ölkə arasında 91-ci yerdən 2015-ci ildə 78-ci yerə və orta insan inkişafı qrupundan yüksək insan inkişafı qrupuna yüksəlməyə nail olmuşdur.
Bəyannamədə də qeyd edildiyi kimi, Dövlətlər inkişafın əldə edilməsi və inkişafın önündəki əngəllərin aradan qaldırılması istiqamətində bir-biriləri ilə əməkdaşlıq etməyə borcludur. Ölkə daxilində inkişaf hüququnun reallaşdırılması məqsədilə müvafiq tədbirlər görməklə yanaşı, Azərbaycan xüsusilə Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi – AİDA vasitəsilə beynəlxalq inkişaf səylərində fəal rol oynayır. Yeni donor ölkə kimi Azərbaycan inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi çağırışlara AİDA və digər kanallar vasitəsilə cavab verir”.

E.Məmmədyarov əlavə edib ki, Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının yeni seçilmiş üzvü kimi İnkişaf Hüququ Bəyannaməsinin reallaşdırılmasına köməklik edəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Roma Olimpiya Oyunlarından imtina etdi

Next Post

Manat sürətlə bahalaşdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Manat sürətlə bahalaşdı

Akif Çovdarov işi: zərərçəkənlərdən biri öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.