"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda bəzi vətəndaşları qan verməyə məcbur edən SƏBƏB açıqlandı

22 Oktyabr 2018 - 12:59
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Mərkəzi Qan Bankının balansında ötən il 83 min donor olub. Cari ildə isə bu rəqəm 90 minə çatacaq.

Elchi.az xəbər verir ki, bu barədə modern.az-a Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, institutun Mərkəzi Qan Bankına müraciət edən könüllü donorların sayında ilbəil artım müşahidə olunur:
“Ötən il Aşura mərasimlərində 4 minə yaxın insan qanvermə aksiyalarında iştirak etmişdi. Bu il isə 5539 nəfər qan verib. Əvvəlki illərə nisbətən hər il könüllü donorların sayı artır. Bizdə xüsusi dövlət proqramı qüvvədə olduğuna görə, qan verən donorlar ancaq könüllülərdir. İnstitutun xüsusi briqadaları respublikanın bütün rayonlarına gedərək, icra hakimiyyətlərinin, bələdiyyələrin köməyi ilə qangötürmə prosesi həyata keçirirlər. Qan vermək istəyən könüllü donorlar elə rayonlardaca qan verirlər. Briqadalarımız həmin qan ehtiyatını Bakıya gətirir və biz onları müayinələrdən keçiririk. Komponentlərə ayrılan qanlar ehtiyacı olan şəxslərə verilir. Bundan əlavə, Qan Bankına könüllü müraciət edən şəxslərə də bəhs etdiyimiz qaydada xidmət tətbiq edilir.
Azərbaycan talassemiya xəstələri dövlət proqramı çərçivəsində pulsuz müayinə və müalicə olunurlar. Bu xəstələrə müasir müalicə metodlarının tətbiq edilməsi ilə yanaşı, mütəmadi qan komponentlərinin köçürülməsi də pulsuz həyata keçirilir. Mərkəzi Qan Bankının balansında olan qan ehtiyatı talassemiya xəstələrinə pulsuz verilir.
Qeyd etməliyəm kimi, Bakı şəhərində yerləşən müxtəlif şirkətlər, SOCAR kimi iri müəssisələr bizə müraciət edərək, talassemiya xəstəsi olan insanlara kömək etmək istədiklərini bildirirlər. İşçilərimiz vaxtaşırı həmin şirkətlərə gedərək, donorlardan qan götürür və Mərkəzi Qan Bankına gətirirlər”.
Yeri gəlmişkən, qanvermə aksiyalarında iştirak etmiş bir çox könüllü modern.az-ın əməkdaşı ilə söhbətlərdə etiraf ediblər ki, bu vasitə ilə həm də təhlükəli xəstəliklər, viruslarla bağlı müayinələrdən pulsuz keçmiş olurlar. Yəni adi vaxtlarda xəstəxanalarda, məsələn, hepatit virusuna yoluxub-yoluxmadığını öyrənmək üçün qan analizinə görə yüksək məbləğ ödəmək tələb olunur. Amma könüllü qanvermələrdə iştirak edənlərdən götürülən qanları məcburən  analiz edirlər ki, təhlükəli virusların olub-olmadığı aydınlaşsın. Bəzi vətəndaşlar məhz buna görə könüllü qanverməyə getməli olduqlarını deyirlər.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva da belə halların olduğunu inkar etmir. Z.Əlimirzəyevanın sözlərinə görə, qan verən donorlar bunun sayəsində həm də təhlükəli xəstəliklər, viruslarla bağlı müayinələrdən keçmiş olurlar:
“Könüllü donorlarımızın artmasının səbəblərindən biri də qan verməyin onların orqanizmi üçün xeyirli olmasıdır. Bununla bərabər, alınan qanlar analizlərdən keçirildiyindən, donorlar müxtəlif xəstəlikləri barədə də xəbərdar olurlar. Bu proses digər tərəfdəın dipanserizasiyadır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib

Next Post

Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürüldü

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürüldü

Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürüldü

Prezident  İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib – FOTO

Prezident İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib – FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.