"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda baş həkimin qətli ilə bağlı ŞOK təfərrüatlar

13 Aprel 2017 - 16:07
in HADİSƏ

Azərbaycanda baş həkimin qətli ilə bağlı

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Telefon danışıqları üzə çıxdı.

Kənd həkim ambulatoriyasının baş həkiminin ölümünə evində saxladığı külli miqdarda pul səbəb olub.

İstiPress-in cənub bürosunun hadisənin baş verdiyi Xolmili kənd sakinlərindən əldə etdiyi məlumata görə, kənd həkim ambulatoriyasının baş həkimi Vabah Səfərov evində saxladığı böyük məbləğdə pulun badına gedib. Məlumata görə, hadisədən bir neçə gün öncə həkimin Rusiyada imkanlı iş adamı olan və orada yaşayan kürəkəni – qızının əri Sahil qaynatasına kənddəki yeməkxanasının ehtiyaclarını ödəmək məqsədi ilə təqribən 300 min manata yaxın pul göndərib. Bu barədə Sahilin yaxın dostu və qohumu, elə həmin kənd sakini Vüqar Abbasov da məlumatlı olub. Kənddəki şadlıq sarayında operator işləyən Vüqar pul barədə yaxın tanışı Fail Hüseynova danışıb və onlar həmin pulu ələ keçirmək məqsədilə martın 18-ı gecə saatlarında həkimin evinə basqın edirlər. Çox güman ki, həkimin evinə yaxından bələd olan və bu evə gediş-gəlişi olan dostlar həmin vaxt ailənin evdə olmayacağını planlaşdırıblar. Evin birinci mərtəbəsində qəfil həkimlə rastlaşanda çəkiclə onun başına ağır zərbələr endiriblər. Buna səbəb isə, həkimin basqınçıları tanıması olub. 2 gün öncə rayon polis şöbəsinin müvəqqəti  saxlama kamerasında polisin silahı ilə özünü güllələyərək intihar edən 40 yaşlı Fail Xudaverdi oğlu Hüseynov ölümündən qabaq hadisəni Vüqar Həmidovla birgə törətdiyini boynuna alıb. Maraqlıdır ki, basqınçıların hər ikisi maddi cəhətdən imkanlıdır və həkimin ailəsi ilə qohumluq telləri ilə bağlıdırlar.

Xatırladaq ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin  əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xolmili kənd sakini Vüqar Həmid oğlu Abbasov tutulub. Hazırda polis cinayətin digər iştirakçılarının da olub olmadığını araşdırır.

İstiPress-in əldə etdiyi məlumata görə, cinayətin açılmasında hadisə törədən şəxslərlə dünyasını dəyişən ev sahibinin telefon danışıqları əsaslı rol oynayıb.

Qeyd edək ki, evə basqın hadisəsi martın 18-də Xolmili kəndində baş verib.Basqınçılar 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra paytaxt xəstəxanasında dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dini liderlər görüşəcəklər

Next Post

“Ovçular evi”nin yerində deputatlara bina tikiləcək – FOTO/VİDEO

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

"Ovçular evi"nin yerində deputatlara bina tikiləcək - FOTO/VİDEO

Bakı metrosunda bunları etməyin - 10 manat cəriməsi var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.