"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda broyler toyuqlarını “kənd toyuğu” kimi satan şəxslər həbs edildi

26 Sentyabr 2018 - 18:22
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Rəsulov Əlfiqar Əmi oğlu və Hacıyev Fizuli Salman oğluna məxsus qanunsuz fəaliyyət göstərən kəsim sexlərində normativ-hüquqi aktlara və sanitar-gigiyena tələblərinə əməl edilmədən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla cəmi 1664 sayda broyler istehsalı olan toyuq və 68 kq toyuq içalatının mənşəyi məlum olmayan kimyəvi maddədən istifadə edilib rənglənərək “kənd toyuğu” adı altında satışının həyata keçirilməsi müəyyən edilib.

Bu haqda Elchi.az-a   Baş Prokurorluqdan verilən məlumatda bildirilib.

Agentlik tərəfindən aşkar edilmiş hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğa müraciət edilib.

Keyfiyyətsiz toyuq məhsullarının qanunsuz dövriyyəsi ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, yəni etibardan sui-istifadə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 192.1-ci (qanunsuz sahibkarlıq vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Agentliyin Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində Əlfiqar Rəsulova məxsus kəsim sexindən götürülmüş serebris toyuq, broyler toyuq və toyuq içalatında ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu, həmçinin patogen mikroorqanizmlərin və “Salmonella”nın mövcud olması aşkar edilib. Həmçinin su nümunələrində aparılan müayinələr nəticəsində Salmonella (S.typhimurium), E.coli və işçilərin əllərindən götürülmüş yaxma nümunələrində aparılmış müayinələrə əsasən bağırsaq çöpü qrupu bakteriyaları (E.coli) aşkar edilib.

Toyuğun rənglənməsində istifadə olunan boyaq maddənin xromotoqrafiya üsulu ilə müayinəsi nəticəsində qida sənayesində istifadəsinə icazə verilməyən kimyəvi maddə olduğu aşkar edilib.

Aparılmış istintaqla Əlfiqar Rəsulovun vergi orqanlarında uçota alınmadan qanunsuz sahibkarkarlıqla məşğul olmaqla başqa şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı şəxslərdən mənşəyi məlum olmayan diri toyuqları almasına, ona məxsus həyətyanı sahədə yerləşən tikilidə bunun üçün heç bir xüsusi avadanlıqla təchiz edilməyən, normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimini, təmizlənməsini və saxlanılmasını həyata keçirdikdən sonra qəsdən həmin toyuqların tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa hazır məhsul olmasını ayrı-ayrı ticarət obyektlərinin nümayəndələrinə yalandan bildirərək, ümumilikdə 23 min 407 manat dəyərində belə məhsulları onlara satmasına, habelə cəmi 3 min 255 manat dəyərində toyuq məhsullarını aldatma yolu ilə satmağa cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 178.3.2 və 192.1-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin Füzuli Hacıyevə məxsus kəsim sexindən götürülmüş serebsris toyuq, broyler toyuq və toyuq içalatında aparılan müayinələr nəticəsində ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu, həmçinin patogen mikroorqanizmlərin və “Salmonella”nın mövcud olması aşkar edilib. Eyni zamanda toyuq cəmdəyinin daxili orqanlarında bakterioloji əkmə, mikroskopik və bioloji müayinələr aparılmışdır. Spesifik boy vermiş əkmələrdən yaxmalar hazırlanaraq mikroskopiya edilmişdir. Həmçinin işçilərin əllərindən götürülmüş yaxma nümunələrində aparılmış müayinələrə əsasən müvafiq olaraq Salmonella (Sştyphimurium), E.coli və Qızılı stafilokokk (S.aureus) aşkar edilib.

İstintaqla Fizuli Hacıyevin ayrı-ayrı şəxslərdən mənşəyi məlum olmayan diri toyuqları almasına, ona məxsus həyətyanı sahədə yerləşən tikilidə bunun üçün heç bir xüsusi avadanlıqla təchiz edilməyən, normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimini, təmizlənməsini və saxlanılmasını həyata keçirdikdən sonra qəsdən həmin toyuqların tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa hazır məhsul olmasını ayrı-ayrı ticarət obyektlərinin nümayəndələrinə yalandan bildirərək, ümumilikdə 1 548 manat dəyərində belə məhsulları onlara satmasına, habelə cəmi 2 min 642 manat dəyərində toyuq məhsullarını aldatma yolu ilə satmağa cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 178.2.2 və 29,178.2.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş hər növ qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mədət Quliyevə general-polkovnik rütbəsi verildi

Next Post

Ermənistanda xeyli sayda diplomatik pasport ləğv edilib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ermənistanda xeyli sayda diplomatik pasport ləğv edilib

Ermənistanda xeyli sayda diplomatik pasport ləğv edilib

“İrşad telekom” sahibinin ölümündə kriminal izi – yeni iddialar

“İrşad telekom” sahibinin ölümündə kriminal izi – yeni iddialar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.