"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda bu müğənnilərin şəxsi biznesi var – SİYAHI

24 May 2018 - 17:40
in ŞOU-biznes

Bunu da oxuyun

Elnarə Abdullayeva: “İncə xanım olub ev dağıdım?!”

Aysun onunla şəkil çəkdirmək istəyən kişiyə belə reaksiya verdi – VİDEO

Həbsdə olan Rəşad Dağlı həyat yoldaşını belə təbrik etdi – VİDEO

Azərbaycanın tanınmış sənətçilərinin, xüsusilə də müğənnilərin biznes fəaliyyəti ilə məşğul olması barədə xəbərlərə tez-tez rast gəlmək mümkündür. Onlardan bəziləri bunu açıq şəkildə hər yerdə etiraf etsə də, bir hissəsi isə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını söyləyir.

Müğənni İlqar Muradov “Report”a bildirib ki, zaman-zaman “Fayton” restoranının sahibi olması haqqında xəbərlər yayılır: “Artıq bir çoxları bunu həqiqət kimi qəbul ediblər. Lakin mən müğənilikdən başqa, heç bir biznes fəaliyyəti ilə məşğul olmuram. Həmin restoran da dostuma məxsusdur və əvvəllər mahnılarımı orada ifa edirdim. Bəlkə də, buna görə “Fayton” restoranının mənə məxsus olduğunu düşünürlər. Mən yalnız Azərbaycan Milli Konservatoriyasında baş müəllim işləyirəm”.

Müğənni İlqar Muradov

Əməkdar artist Tünzalə Ağayevanın isə biznesi var. Onun produseri Yalçın Cabbarov “Report”a açıqlamasına deyib ki, müğənni “Menar Azərbaycan” Uşaq İnkişaf Mərkəzinin yaradıcısıdır. O, sənətçinin hazırda yeni biznes fəaliyyəti qurmaq niyyətində olduğunu, ancaq sahənin hələlik məlum olmadığını söyləyib.

Əməkdar artist Tünzalə Ağayeva

Əməkdar artist Vasif Məhərrəmli “Report”a oğlunun adına kişi geyimi mağazası olması xəbərlərini inkar edərək yayılan məlumatları yalan adlandırıb.

Əməkdar artist Baloğlan Əşrəfov da “Report”a restoranı olması ilə bağlı xəbəri təkzib edib: “Universiteti bitirib 6 il məktəbdə müəllim işləmişəm və bununla birlikdə müğənni kimi fəaliyyət göstərmişəm. Heç bir biznesim yoxdur. Mənə bir yol göstərən olmayıb ki, vaxt gələr, sənə də əlavə biznes lazım olar. Belə gəlmişəm, belə də gedəcəyəm”.

Müğənni Zamiq Hüseynovun “ZH fashion man” adlı kişi geyim mağazası, eyni zamanda səsyazma studiyası var. Müğənninin “Instagram” hesabından adıçəkilən mağazanın fəaliyyətini izlədiyini də görmək mümkündür.

Müğənni Zamiq Hüseynov

Sevil-Sevinc bacıları da “SS footwear” ayaqqabı mağazasının sahibləridirlər və “Instagram” səhifələrindən də onun fəaliyyətini izləyirlər. Onların həmçinin “SS nails” adlı yeni bizneslərini də yaradacağları xəbərləri yayılıb.

Rəqqasə, aktrisa Oksana Rəsulovanın isə özünə məxsus “OksiMedia production” şirkəti və rəqs məktəbi var.

Emil Bədəlov isə qızının adı ilə bağlı olan “S Group Travel” turizm şirkəti yaradıb.

Əməkar artist Röya Ayxan

Rəqqasə Fatimə, müğənnilər Xuraman Şuşalı və Xatirə İslam isə öz bizneslərini xına mərasimlərinin təşkili sahəsində qurublar.

Əməkdar artist Röya Ayxan isə bir müddət əvvəl “First Fashion Lab” moda evinin açılışını etdiyini “Instagram” səhifəsindən paylaşmışdı.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlandı

Next Post

9 futbolçu “Qarabağ”dan ayrıldı

Bənzər yazılar

Elnarə Abdullayeva: “İncə xanım olub ev dağıdım?!”

Elnarə Abdullayeva: “İncə xanım olub ev dağıdım?!”

24 Fevral 2024 - 18:30

Əməkdar artist Elnarə Abdullayeva açıqlamaları ilə diqqət çəkib. Elchi.az xəbər verir ki, sənətçi verilişlərin birində qonaq olarkən sosial şəbəkələrdə ona yazılan...

Aysun onunla şəkil çəkdirmək istəyən kişiyə belə reaksiya verdi – VİDEO

Aysun onunla şəkil çəkdirmək istəyən kişiyə belə reaksiya verdi – VİDEO

03 Dekabr 2023 - 18:42

Müğənni Aysun İsmayılova məclislərin birində onunla foto çəkdirmək istəyən şəxsə maraqlı reaksiya verib. Müğənni həmin şəxslə özü arasında sərhəd quraraq,...

Həbsdə olan Rəşad Dağlı həyat yoldaşını belə təbrik etdi – VİDEO

Həbsdə olan Rəşad Dağlı həyat yoldaşını belə təbrik etdi – VİDEO

27 Noyabr 2023 - 12:27

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı paylaşım edib. Elchi.az axşam.az-a istinadən bildirir ki, o, anasının...

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

22 Oktyabr 2023 - 22:30

Türkiyəli aktyor Akın Akınözünün “Aile albümü” serialındakı tərəf müqabili bəlli olub. Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində...

Next Post

9 futbolçu “Qarabağ”dan ayrıldı

"Bu il 20 min məcburi köçkün yeni evlərə köçəcək" - İlham Əliyev

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.