"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda bu sürücülər təhlükəsizlik kəməri taxmaya bilər

23 Oktyabr 2017 - 18:09
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanda bu sürücülər təhlükəsizlik kəməri taxmaya bilər
 
Azərbaycanda bəzi sürücü və sərnişinlərin avtomobildə olarkən təhlükəsizlik kəmərindən istifadə etməməsinə icazə verilir.

Elchi.az Report-a istinadən xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I bəndinin 6-cı hissəsinə əsasən, 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin siyahı adıçəkilən qanun qüvvəyə mindiyi gündən bu yana baş verən yol-nəqliyyat hadisələrinin təhlili əsasında hazırlanaraq qəbul edilib.

Vaqif Əsədovun sözlərinə görə, sürücü avtomobili təhlükəsizlik kəməri taxılı vəziyyətdə geriyə verirsə, bu, həmin şəxsə çətinlik yaratdığından, ona kəmər bağlamamağa icazə verilir: “Yaxud, sükan arxasında və sərnişin qismində oturan hamilə qadına kəmərin bağlanması ona hərəkətlə bağlı problem yaradırsa, həmin şəxslərə də bu səbəbdən icazə verilir. Eyni zamanda, 12 yaşınadək uşaqlar qabaqda mütləq xüsusi oturacaqda oturmalıdır. Həmin oturacağın özünün təhlükəsizlik kəmərini əvəz edən 4 və ya 3 nöqtədən ibarət xüsusi kəmər var. Arxa oturacaq məsələsi ölkə qanunvericiliyində nəzərdə tutulmadığından, arxada xüsusi oturacaqların quraşdırılması ilə bağlı inzibati xəta tərkibi yaradan maddə yoxdur. Ancaq bir sıra xarici dövlətlərdə, o cümlədən inkişaf etmiş ölkələrdə yol polisinin cəza yazıb-yazmasından asılı olmayaraq, əksər vətəndaşlar öz övladlarınının təhlükəsizliyini təmin etməyə çalışır”.

Qurum rəsmisi onu da qeyd edib ki, operativ nəqliyyat vasitələrinin sürücüləri (yol polisi, təcili tibbi yardım, yanğınsöndürən və s.) zərurət yarandıqda “Yol hərəkəti haqqında” qanunun müvafiq maddəsinin tələblərini poza bilir: “Qanun buna icazə verir. Belə nəqliyyat vasitələrinin sürücüləri başqa sürücülərdən fərqli olaraq, operativlik naminə təhlükəsizlik kəmərindən istifadə etmirlər. Bu da, təbii ki, təhlükəsizliyi təmin etmək şərti ilə olur”.

İdarə sözçüsü deyib ki, Bakı şəhəri üzrə təhlükəsizlik kəmərlərindən istifadə etməməyə görə xeyli sayda sürücü saxlanılır və cərimələnir: “Tərtib edilən protokollar əsasında günbəgün kəmərlərdən istifadə edənlərin sayında artımın olduğunu müşahidə edirik. Sürücü ilə yanaşı, sərnişin də kəmər bağlamırsa, onun da barəsində inzibati tənbeh tədbirlərinin görülməsinə qanun icazə verir. Təhlükəsizlik kəmərini bağlaması insanın öz həyatını, sağlığını düşünməsi deməkdir. Yəni, bu, onun özünə faydalıdır. Belə ki, kəmər düzgün bağlanılırsa, bu, həm qanunvericiliyin tələblərinə riayət edilməsi, həm yol mədəniyyətinin formalaşması, həm də baş verəcək qəza zamanı sürücü və sərnişinin həyatının 60 faiz qorunması deməkdir. Unutmaq lazım deyil ki, yollarda quraşdırılan kameralar vasitəsilə hərəkət zamanı kəmərin taxılmaması halları foto-material şəklində hazırlanır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hərbi qulluqçulara məzuniyyətə görə kompensasiya necə ödəniləcək?

Next Post

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Sürüşmələrin aktivləşməsinin səbəbi nədir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.