"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda çörək daha da ucuzlaşa bilər

26 Yanvar 2024 - 19:55
in CƏMİYYƏT

Azərbaycanın idxal etdiyi buğda ucuzlaşıb.
Elchi.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin açıqladığı ticarət statistikasına əsasən demək olar.
2023-cü ildə Azərbaycan xaricdən 304 milyon ABŞ dolları dəyərində 1,175 milyon ton buğda alıb. Son nəticədə buğdanın 1 tonu ölkəyə orta hesabla təxminən 260 ABŞ dollarına və yaxud 440 manata gətirilib. Bu isə 2022-ci illə müqayisədə təxminən 23 % azdır. Ucuzlaşma əsasən Rusiya buğdasının ixrac qiymətində dəyişikliklə bağlıdır. Belə ki, ötən ilin əvvəlində Rusiya tonunu 307 ABŞ dollarına satdığı buğdanı ilin sonunda 240 ABŞ dollarına təklif edib. Nəticədə Azərbaycan daha ucuz buğda alıb.
Çörək bazarı idxal buğdasının ucuzlaşmasına reaksiya verib. Məsələn, ötən il Azərbaycanda 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 15 qəpik və yaxud 21,4 % azalaraq 70 qəpikdən 55 qəpiyə düşüb.
İqtisadiyyat Nazirliyində bunun təbii hal olduğunu deyirlər. Nazirlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, çörəyin qiyməti tənzimlənən tarif əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı, o cümlədən əsas idxal bazarları sayılan Rusiya və Qazaxıstandakı qiymətlərinə uyğun formalaşır.
Bununla belə, nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çörəyin strateji məhsul olduğunu nəzərə alaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Eyni zamanda, ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi məhsulun topdansatış qiymətləri Dövlət Xidmətinin internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir. Əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət üçün Dövlət Xidməti istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görür.
Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar şimal qonşumuza qarşı bir sıra sanksiyalar tətbiq edilib, bu ölkədə istehsal olunan buğdanın xarici bazarlara çıxışına məhdudiyyət qoyulub:
“Odur ki, Rusiya buğdası ucuzlaşıb. Böyük ehtimalla qiymət yaxın vaxtlarda artmayacaq, hətta bir qədər də azala bilər. Əksinə ucuzlaşma tendensiyası davam etsə, bu amil Azərbaycanda çörəyin istehsalında nəzərə alınmalıdır”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kipr həbs edilən rusiyalını ABŞ-a təhvil verməkdən imtina edir

Next Post

ABŞ Konqresi təhlükəsizliyinə dair razılaşmanın məhv olduğunu bildirib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
ABŞ Konqresi təhlükəsizliyinə dair razılaşmanın məhv olduğunu bildirib

ABŞ Konqresi təhlükəsizliyinə dair razılaşmanın məhv olduğunu bildirib

Almaniyada maliyyə çatışmazlığı yaşanacaq

Almaniyada maliyyə çatışmazlığı yaşanacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.