Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 88 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 71, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 nəfər, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar isə yoxdur.
Vurulan vaksinlərin ümumi sayı 12 787 678, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 285 339, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 775 034, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 533 323, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 193 982 nəfər təşkil edir.





