"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda dərmanların qiyməti ucuzlaşacaq

15 May 2023 - 15:02
in CƏMİYYƏT

“Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik qiymətlərin optimallaşdırılmasına imkan verəcək.
Elchi.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, ölkəmizə dərman idxalı edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi və lizenziyalaşdırılmasının asanlaşdırılmasına və sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək.
“Son dəyişikliyə əsasən, hər hansı bir kimyəvi maddənin istehsalı ilə məşğul olan şirkətin hər hansı bir preparatı qeydiyyatdan keçibsə, həmin tərkibli digər növ və ölçü vahidi olan preparatların da qeydiyyatdan keçmədən ölkəyə gətirilməsi kimi bir asanlaşdırılma həyata keçirildi.
Bu gün dövlətin siyasəti də ölkədə dərman preparatlarının keyfiyyətinin nəzarətdə saxlanılması ilə yanaşı, həm də qiymətlərin optimallaşdırılması məqsədi daşıyır. Bu Prezident tərəfindən həyata keçirilən dövlət səhiyyə siyasətinin tərkib hissəsidir.
Dünya təcrübəsində də bilinir ki, bu sadalanan məqsədlərə çatmanın ən asan yollarından biri də rəqabət mühiti və bolluğun yaradılması ilə mümkündür. Rəqabətin yaradılması keyfiyyətin artırılması ilə nəticələnməkdədir. Qeydiyyatın asanlaşdırılması yolu ilə əldə olunan bolluq isə qiymətin optimallaşdırılmasına imkan verəcək. Bu iki metodu ölkəmizdə tətbiq etmək aidiyyatı qurumlar qarşısında duran ən önəmli vəzifələrdən biridir və bu dəyişikliklər ilə gələcəkdə daha böyük uğurlara nail ola bilərik”, – deyə deputat əlavə edib.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik Milli Məclis tərəfindən birinci oxunuşda təsdiq edilib.
Dəyişikliyə əsasən, qanunun 6.6-cı maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyada qeyd edilir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir. Hazırda isə eyni maddədə “müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir” kimi qeyd edilir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərsin Tatar Ərdoğana zəng etdi

Next Post

“İmran Xanın tərəfdarı mövqeyinə” etiraz

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“İmran Xanın tərəfdarı mövqeyinə” etiraz

“İmran Xanın tərəfdarı mövqeyinə” etiraz

Magistraturaya sənəd qəbulu başladı

DİM imtahanın nəticələrini açıqladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.