"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda da yollar pullu olacaq — QİYMƏT

21 İyun 2017 - 10:11
in aktual-banner, Banner, Cebhe-banner

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Azərbaycanda ödənişli avtomobil yolu olacaq.

Bu barədə Trend-ə açıqlamasında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq pullu olacaq yolun biri müəyyənləşib: “Həmin yol Bakı-Ələt-Astara-İran sərhədi yoludur. Bu yolun pullu olması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. Hazırda həmin yolun tikintisi aparılır. Amma bu o demək deyil ki, həmin istiqamətdə hərəkət edən sürücülər yalnız bu yoldan məcburi istifadə edəcək. Alternativ yol da olacaq. Hal-hazırda istifadə olunan yol pulsuzdur və bu yol pullu yola alternativ olacaq. Hazırda həmin yolun vəziyyəti normal deyil. Nəzərdə tutulub ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra həmin alternativ yol da əsaslı şəkildə yenidən qurulsun. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhəddi yolu pullu ola bilər”.

A.Nəcəfli bildirib ki, ödənişli yolun kilometri minik və yük avtomobillərindən asılı olaraq 4-7 qəpik müəyyənləşdiriləcək: “Yeni yol alternativ yoldan qısa olacaq. Bundan başqa bu yol kənd, qəsəbə və digər yaşayış massivindən keçə bilər. Amma, həmin ərazidə yol tam qapalı olmalıdır. Çünki, həmin magistral sürət yolu olacaq. Bu yola kənar müdaxilələr də olmamalıdır. Ola bilsin böyük yaşayış məntəqələrindən hansısa yol bura birləşsin, amma bu xüsusi təhlükəsizlik şərtləri ilə olacaq. Yolda sürət həddi hələlik saatda 110 km/saat təklif edilib. Çünki Azərbaycanda avtomobil yollarında ən yüksək sürət həddi bu qədər müəyyənləşib. Yol istifadəyə veriləndən sonra bu məsələyə də baxıla bilər”.

Qurum rəsmisi bildirib ki, həmin yolla alternativ yolda heç bir fərq olmayacaq: “Əslində vaxt və məsafə baxımından yeni yaradılacaq pullu yol çox sərfəli olacaq. Bu yolun pullu olması da o qədər nəzərəçarpacaq dərəcədə deyil. Yəni, pulsuz yolda avtomobilin yanacağı pullu yola nisbətən daha çox sərf ediləcək. Həm sürət həddinə görə, həm yaşayış məntəqələri ərazisindən keçməklə, eniş-yoxuşlu olmaqla. Həmin məbləği hesablayanda pullu yoldan istifadəyə daha çox üstünlük veriləcək. Bu yol həm də pulsuz yoldan 40 km qısa olacaq”.

A.Nəcəfli bildirib ki, gələcəkdə digər ödənişli yolların da tikilməsi mümkündür: “Məsələn, investor olsa, Quba-Şamaxı yolu tikilə bilər. Həmin yol Bakıdan keçməklə Qubadan vasitəsilə Şamaxıya gedən yoldan 200 kilometr qısa olacaq”.

“Azəravtoyol” rəsmisinin sözlərinə görə, ödənişlərdən əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda bu rüsum ləğv edildi

Next Post

Cəbhədə gərginlik pik həddə çatdı

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

Cəbhədə gərginlik pik həddə çatdı

Dollar cüzi ucuzlaşdı - Rəsmi məzənnə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.