Azərbaycanda Estoniya səfirliyinin ofisi fəaliyyətə başlayıb.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ilin 29 avqust tarixində Estoniyanın müvəqqəti işlər vəkili Yaap Ora Azərbaycan Xarici İşlər Nazirliyində olub.
Y. Ora ölkəsinin Azərbaycanda diplomatik ofis açması ilə bağlı məlumat verib.



