Cəlilabad oğrularından yardıqların dükanın sahibinə 10 qəpiklik jest
Cəlilabad rayonunda ərzaq dükanı yarılıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında Cəlilabad rayon Heydər Əliyev prospektindəki Nadir Cəfərova məxsus dükanda baş verib.
Tiklinin tavan hissəsin sökərək, içəri daxl olan naməlum şəxs və ya şəxslər oradan 3 min manat nəğd, 40 manat isə dəmir pul, siqaret və telefon danışıq kartları oğurlayıblar.
Maraqlıdır ki, pulları tam götürən şəxslər stolun üstündə cəmi 10 qəpik qoymaqla dükan sahibinə qəribə jest ediblər. Sonda işlərini yekunlaşdıran şəxslər dükandan götürdükləri açarla qapını açaraq gediblər.
Hadisə ilə bağlı dükanın sahibi Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Cəlilabad rayon polis şöbəsinə məlumat verib. Polis dükana baxış keçirərək, əşyaların üzərindən müəyyən əl izlərini götürüb.
Faktla bağlı araşdırma aparılır.


ANS PRESS



