Xəzər dənizinin Azərbaycan sahillərində zəlzələ qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, 15:04-də qeydə alınan təkanların maqnitudası 4.5 bal olub.





