Havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə enəcək
Dekabrın 14-dən 16-dək Azərbaycanda hava şəraitinin nisbətən qeyri-sabit keçəcək. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. O qeyd edib ki, göstərilən müddətdə rayonlarda arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
“Həmin müddətdə havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə enəcək. Dekabrın 13-dən 14-ə keçən gecə şimal küləyinin sürəti bir qədər artacaq”.
Direktor vurğulayıb ki, Bakıda və Abşeron yarımadasında da dekabrın 14-15-də arabir yağış yağacağı gözlənilir. Bakıda gündüz havanın temperaturu 6-8 dərəcə isti təşkil edəcək. Aran rayonlarında isə havanın temperaturu gündüz 8-13 dərəcə isti olacaq.Dekabrın 13-də Bakı və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.



