“Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi hazırlanıb. |
Sənəddə dövlət daktiloskopik və genom qeydiyyatı Konstitusiyada təsbit edilmiş vətəndaş hüquq və azadlılarına riayət edilməklə məxfilik, könüllülük və məcburilik uzlaşması prinsipləri nəzərə alınmaqla həyata keçirilməsi göstərilir. Qanun layihəsində qeyd olunan qeydiyyat məlumatları ilə itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan vətəndaşların şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin qarşısının alınması, açılması və inzibati xətaların qarşısının alınması, aşkarlanması əks olunur.




