"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda kəskin iqlim dəyişikliklərinin sirri

20 Oktyabr 2015 - 10:06
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanda kəskin iqlim dəyişikliklərinin sirri
Respublikanın iqliminə atmosfer dövranı ilə bağlı olan hava axınları təsir edir
Payızın ilk günlərindən etibarən Azərbaycanda havalar kəskin dəyişib. Bölgələrdə intensiv yağışlar bir sıra problemlərə yol açıb. Xüsusən Cənub bölgəsində leysan nəticəsində evlər, əkin sahələri su altında qalıb, nəqliyyatın hərəkəti çətinləşib.
Hidrometeoroloqların proqnozuna görə, dağlıq və dağətəyi bölgələrdə yağışların sulu qara, yüksəkliklərdə qara keçəcəyi gözlənilir.
Payızın ikinci ayı Azərbaycanda meyvə yığımının qızğın dövrünə təsadüf edir. Bağçılıq təsərrüfatlarında alma, armud, nar, heyva, xurma toplanır. Kəskin iqlim dəyişikliyi şübhəsiz ki, fermerlərə zərər vurur.
Qeyd edək ki, hər il müxtəlif mövsümlərdə havaların kəskin soyuması, istiləşməsi, quraqlıq, yaxud yağıntılı olması Azərbaycanda iqlimin öyrənilməsini zəruri edir.
Azərbaycanda iqlimin müxtəlifliyi iqlim əmələ gətirən amillərin xarakteri ilə bağlıdır.
Bu amillər 2 qrupa ayrılır. 1-ci qrupa yerli amillər, 2-ci qrupa atmosferin planetar superregional sirkulyasiyası ilə bağlı olan, yəni Res-ə kənardan daxil olan amillər təsir edir. Azərbaycanın iqliminə dair ilk elmi əsərlərin müəllifi Fiqurovskidir. Azərbaycan alimlərindən Qaşqay, H.Əliyev iqlim bəhsinə dair xeyli məlumatlar toplamışdır. İqlimə təsir edən amillər arasında respublikanın coğrafi mövqeyi mühüm yer tutur.Yer səthinə günəşdən gələn radiasiyanın miqdarı İCM-dən asılıdır. İCM-in iqlim əmələ gəlməkdə tək rolu günəş radiasiyasının miqdarı və radiasiya balansını, ərazinin termik şəraitini müəyyən etməklə bitmir, həm də ərazinin planetar və regional sirkulyasiya sistemində yerini müəyyən edir. Digər amil relyefdir.Relyef həm də iqlimyaradıcı amil kimi təsiri olsa da, iqlimin bütün elementlərinə təsir göstərir. Ərazimiz subtropik qurşaqda həm də qurşağın kontinental bölməsinə keçdikdə yerləşməsi günəşli günlərin çox olmasına şərait yaradır. İl ərzində Arazyanı düzənliklərdə günəşli saatların miqdarı 2500-2800, Kür-Araz ovalığında 2000-2500 saat, buludluq çox olan ərazilərdə 1900-2200saata qədərdir. Kür-Arazda 9 gün, Naxçıvanda 38 gün buludlu hava olur. Respublikanın iqliminə atmosfer dövranı ilə bağlı olan hava axınları təsir edir. Bunlar aşağıdakılardan ibarətdir. Kara antisiklonu, Skandinaviya antisiklonu, Azor maksimumu, Subtropik antisiklonu, Cənub, kontinental,orta Asiya antisiklonları. Yerli atmosfer dövranı. Karanın təsiri qış aylarında güclü olur, bu zaman Arktika hava kütlələri. Kara və Barens dənizləriQərbi Sibirin və Şərqi Avropanın üzərindən keçməklə həm Xəzər üzərində Zaqafqaziyaya daxil olur. Azor maksimumu Şərqi Qafqazdan kənarda da yerləşəndə, həm yayda, həm də qışda Cənubi, Orta, Şərqi Azərbaycanın iqliminə təsir edir, Britaniya adaları sahəsindən materikə daxil olur. Yüksək təzyiq vilayəti şərqi Avropa düzlərinin cənub hissəsi üzərində yerləşdiyi zaman, yüksək təzyiq vilayəti-qərbi Sibir və Qazaxıstan üzərində yerləşdiyi zaman Azərbaycanın iqliminə təsir edir. Cənub siklonları Şərqi Zaqafqaziya Orta Xəzərə çıxdıqda, Orta Asiyadan qərbə yönələn hava kütlələri Xəzərdən keçərək Azərbaycanın şərq rayonlarına daxil olur. Yerli atmosfer proseslərinin iqlimə təsirində Xəzər dənizi və Qafqaz daha çox rol oynayır. Bu sahələr üzərində yüksək təzyiq sahəsi mövcud olur. Əsasən Qafqaz və Xəzər üzərində dövran edən hava kütlələrinin regionda şox qalması nəticəsində yerli xassələrə malik tiplər yaranır. Qış fəslində ilin soyuq dövründə soyuq hava kütlələrinin Azərbaycana daxil olması və ya həddən artıq fəallaşması baş verir. Birinci halda Azərbaycanda adi qışlardan fərqli olaraq ekstermal isti, bəzən də ekstermal soyuq olur. Azərbaycan üzərinə çoxlu Arktika hava kütlələri daxil olarkən hava soyuyur, külək rejimi yaranır.
Respublikamızda müxtəlif küləklər var. Xəzri adlanan külək Azərbaycana qış aylarında daxil olur. Sürəti 40m/san çatır. Gilavar cənub küləyi isə respublikamıza qışda havanın mülayimləşməsinə, yayda isinməsinə səbəb olur. Musson adlı külək yalnız Kür-Arazda müşahidə edilir, Brizlər Xəzər zonası üçün səciyyəvidir. Fyon dağlıq və dağətəyi ərazilərdə yaranır. Ağ yel və qara yel Azərbaycanın düzənlik hissələrində yaranan çox isti küləklərdir.Əsərkən təsərrüfata çox ziyan vurur. Azərbaycanın relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Orta illik temperatur Kür-Arazda 14,5° C; yüksək dağlıqda isə 0° C-dan aşağıdır. Mütləq maksimum temperatur Naxçıvanda (Culfada) +44° C; mütləq minimum temperatur Naxçıvanda (Culfada) -32° C-dir. Temperaturun illik amplitudu Naxçıvanda 60° C-dan çox olur. (Kəskin kontinental iqlim tipidir)
İqlim tipləri
 
Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40° C-dən yuxarı olur. Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200-500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400-1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50-100%-ini təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100-150%-ni və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000-2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400-2700 m) hissəsindədir. İllik yağıntı mümkün buxarlanmanın 75-100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000-3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600-1500 m) və şimal-şərq (200-500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75-100%-i, şimal-şərq yamacda 50-100%-ini təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500-2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150-200% çoxdur. Qışı soyuq, yayı sərindir. Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100-200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır.
Havanın temperaturu
 
Azərbaycan Respublikasında hava temperaturunun rejimi və ərazi üzrə paylanma qanunauyğundur və bura daxil olan hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Xəzər dənizi sahilboyu ərazilərdə (dənizdən təqribən 20 km-dək) yayda havanın temperaturunu bir qədər azaldır, qışda isə artırır. Eyni zamanda, o Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14-15° C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4-5° C, 3000 yüksəklikdə isə 1-2° C-dir. İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0° C-dən aşağı düşmür. Abşeron adası və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda o hətta 3-4° C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə -5-6° C (Naxçıvan MR-da -7° C), 3000 m-də isə o təqribən -12-13° C-dir. İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26-27° C, digər düzənliklərdə və dağətəyi ərazilərdə o 24° C-dən aşağı düşmür. Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14-16° C, 3000 m-də 8-10° C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46° C) və minimum (-32° C) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilmişdir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan MTN-nin bəzi vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb – YENİLƏNİB

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Diqqət: 10 ilin ən soyuq qışı gəlir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.