"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycanda kriminal şəbəkələrin əllərində böyük pullar var”

20 Noyabr 2015 - 21:34
in XƏBƏR LENTİ

<font color=red><b>“Azərbaycanda kriminal şəbəkələrin əllərində böyük pullar var”</b></font>

Qüdrət Həsənquliyev: «İnternetin kəsilməsində təxribat ehtimalı daha çoxdur, belə təxribatların davam edəcəyini gözləyirəm»
“AZAL-dan tutmuş Dövlət Neft Şirkətinə qədər hamısı özəlləşdirilməlidir”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev ölkənin gündəmində olan hadisələrlə bağlı “Bizim Yol” qəzetinin suallarını cavablandırıb. Q.Həsənquliyevlə müsahibənin ikinci hissəsini təqdim edirik. Müsahibimiz məhkəmə sistemində islahatlar aparılmasının vacibliyini bildirir:

(Əvvəli ötən sayımızda)

– Məhkəmə hakimiyyətinin rolu artırılmalıdır ki, insanların ona etimadı artsın, vətəndaş məmurdan çəkinməsin. Vətəndaş hüquqlarının pozulacağı təqdirdə, məhkəmədə öz hüquqlarını qoruya biləcəyinə əmin olsun. Buna görə də vaxtilə görkəmli dövlətşünaslar hakimiyyət bölgüsü nəzəriyyəsini irəli sürərkən məhz onu əsas götürürdülər ki, dövlət məmuru öz vəzifəsindən sui-istifadə edə bilməsin. Ona görə hakimiyyət bölgüsü prinsipi ortaya çıxırdı və hakimiyyət qanadlarının bir-birinə təsir edici və məhdudlaşdırıcı imkanları var idi. Məsələn, parlamentin Prezidentə impiçment elan etmək, Prezidentin isə parlamentin qəbul etdiyi qanunlara veto qoymaq hüququ var. Hakimlərin geri çağırılması prosedurunun nəzərdə tutulması, onların fəaliyyətinin prosessual qanunvericiliklə çərçivəyə salınması, məhkəmədə çəkişmə, aşkarlıq prinsipləri və s. ona yönəlib ki, hakimiyyət qanadlarının heç biri üstünlük əldə edə bilməsin və qarşılıqlı nəzarət olsun. Buna görə də partiya olaraq, Prezidentin artdığı son addımları dəstəkləyirik, amma hesab edirik ki, ölkədə mütləq məhkəmə islahatları da keçirilməlidir. Bizə də deputat olaraq, bu məsələlərlə bağlı çoxlu müraciətlər edirlər. Məsələn, bizim keçmiş millət vəkillərindən birinin əmlakı dələduzluq yolu ilə əlindən alınıb. Dələduzluq edən şəxs 7 ildir həbsdədir, onun əmlakına həbs qoyulub ki, zərərçəkmişlərə dəymiş ziyanın hamısı olmasa da, bir qismi ödənilsin. Amma 7 ildir bu məsələ məhkəmələrdə sürünür. İş gedir apellyasiyaya, ordan Ali Məhkəmə qərarı ləğv edib yenidən göndərir aşağı instansiyaya, beləcə proses uzana-uzana qalır. Buna görə də dələduzluq etmiş şəxs cəzasını çəksə də, 7 ildir insanlar dəymiş ziyanlarını ala bilmirlər. Bu, sadəcə olaraq faciədir, ölkədə məhkəmə sisteminin hansı durumda olmasının göstəricisidir. Parlamentin iclasında da bu misalı çəkmişdim, vətəndaşın qanuni qüvvəyə minmiş məhkəmə qərarı var, amma icra olunmur. Bir misal deyim, mən Ordubaddan olan millət vəkiliyəm. O rayondan olan bir nəfərin torpağında başqa şəxs bina tikib və qarşılıqlı razılaşma olub. Razılaşmanı məhkəmə də təsdiq edir, həmin binanın birinci mərtəbəsində, eyni kvadratda torpaq sahibinə yer veriləcək. Bina tikilib hazır olub, amma yer verilmir. Halbuki məhkəmə qərarı var. Səbəb kimi də məhkəmədə iddia qaldırır ki, həmin ərazini başqasına satmışam, ona görə də məhkəmənin qərarını icra edə bilmirəm, xahiş edirəm, qərarı ləğv edin. Bu proses də 7 ildir davam edir və məhkəmələr bu cür absurd iddiaları qəbul edirlər. Sözsüz ki, məhkəmələr belə iddiaları təmənnasız qəbul etmirlər. Məhkəmə ilə məhkəmə icraçıları arasında belə bir oyun qurulur. Hətta nazir müavini səviyyəsində müraciət edirəm, onlar da söz verirlər ki, həll olunacaq, amma sonra onlardan da üstün bir qüvvə bu məsələləri alt-üst edir. Belə bir acınacaqlı durumda vətəndaşların və sahibkarların hüquqlarının sonadək qorunacağını gözləmək olardı. Təbii ki, məhkəmə islahatları aparılmayacaqsa, onun nüfuzu qaldırılmayacaqsa, bu, mümkün olmayacaq.

– Bir neçə gün öncə Azərbaycanda internetlə bağlı saatlarla çəkən problem yarandı. Ölkədə bank, turizm, media və internetdən asılı olan bir çox sahələrin işinə ciddi ziyan dəydi. Olayın Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan yoxlamalar, həbslər, nazirin işdən çıxarılmasından qısa müddət sonra baş verməsi bir sıra versiyaların gündəmə gəlməsinə səbəb oldu. Sizcə, bu hadisədə təxribat ehtimalı varmı?

– Sözün açığı, bunun təxribat olması ehtimalı daha çoxdur, nəinki qəza olması. Mən özüm də hüquq-mühafizə orqanlarında, prokurorluqda müstəntiq işləmişəm. Əlbəttə, bunun qəza olma ehtimalı da var. Amma məhz bu olaylardan sonra belə bir hadisənin baş verməsi ciddi şübhələr doğurur və ümid edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni ciddi şəkildə aydınlaşdıracaqlar.

Aydınlaşdırılmalıdır ki, kabellərin bu qədər yüklənməsinin səbəbi nədir. Təsəvvür edin ki, bu qəza Avropa Oyunları zamanı yaransaydı, hansı vəziyyət yaranardı? Media informasiya ötürmək imkanını itirmiş olardı və s. problemlər yaranardı. Hesab edirəm ki, bu ciddi bir siqnal oldu və yaxşı ki, qısa müddətdə bərpa edə bildilər. Amma hökumət bundan ciddi nəticə çıxarmalıdır. Həm bu tipli müəssisələr ciddi nəzarət altında saxlanmalıdır, daxildə kameralar quraşdırılmalı, hətta əsas avadanlıqların yerləşdiyi yerə girmək səlahiyyəti olan əməkdaşların hərəkətləri daim izlənməlidir. Tutaq ki, indiki zamanda bir işçini ələ almaq çətin məsələ deyil. O da içəri girib hansısa qəza yarada bilər. Bununla da həm dövlətin nüfuzuna xələl gəlir, vətəndaşlar narahat olur, bank sektoruna ziyan dəyir. Həm də o avadanlıqlar çox bahalıdır. Bundan başqa, yeni variantlar üzərində düşünülməlidir ki, belə problem yaranan zaman dərhal alternativlər işə salınsın, nəticədə uzunmüddətli problem yaranmasın. Hesab edirəm ki, bu məsələ üçün bir neçə saat da uzun müddətdir və problem yaranarsa, alternativ yollarla dəqiqələr ərzində aradan qalxmalıdır. Sözün açığı, belə təxribatların davam edəcəyini gözləyirəm. Azərbaycanda uzun illər kriminal şəbəkə formalaşıb və onların əlində çox böyük maliyyə vəsaiti var. Bu pullar pozuculuq məqsədi ilə istifadə oluna bilər və yəqin ki, belə cəhdlər olacaq. Ona görə belə cəhdlərdən qorxmaq yox, kriminal elementləri ifşa etmək lazımdır ki, gələcəkdə hansısa dövlət orqanı, yaxud vəzifəli şəxs belə fikrə düşməsin. Yəni qanunlara bu cür sayğısız yanaşmasınlar.

– Ölkənin internet təminatının 90 faizdən artığını yalnız bir şirkət – “Delta-Telekom” təmin edir. Buna görə də həmin şirkətdə yaranmış problem – qəza və ya təxribat olmasından asılı olmayaraq, ölkəni internetsiz qoyur. Məsələn, internet təminatı ən azı 4-5 şirkət tərəfindən edilsəydi, problem bu miqyasda olmazdı. Hökumət bu sahənin inhisardan çıxarılması üçün addımlar atmalıdırmı?

– Söhbət ondan gedir ki, burada 3-4 rəqabət qabiliyyətli şirkət ola bilər ki, təxminən hərəsinə 25 faiz düşəcək. Hər hansı birində problem yaranarsa, ölkənin 25 faizində internet olmayacaq ki, bu da kiçik rəqəm deyil. Əlbəttə, çalışılmalıdır ki, Azərbaycanda maksimum dərəcədə rəqabət mühiti güclü olsun. Bu, birmənalı belədir. Bilirsiniz ki, İqtisadiyyat və Sənaye Nazirliyi antiinhisar siyasəti ilə məşğul olur. Hətta görəndə ki, dövlət şirkətləri böyükdür, parçalayıb bir neçə şirkət yaradırlar. Amma hər bir şirkətin özünün alternativləri olmalıdır və qəza anında avadanlıqlar işə salınmalıdır. Sözsüz ki, anti-inhisarçılıq fəaliyyəti ilə bağlı da müvafiq dövlət orqanları tədbir görməlidirlər. Bilirsiniz ki, inhisarçı dövlət şirkətləri var və onların qiymət siyasəti də Tarif Şurası tərəfindən tənzimlənir. Amma neftin qiymətinin düşməsi ilə əlaqədar ölkə iqtisadiyyatında və maliyyə sektorunda yaranmış gərginlik bir daha təsdiq edir ki, Azərbaycanda ciddi özəlləşdirmə həyata keçirilməlidir. İri dövlət müəssisələri və şirkətləri özəlləşdirilməlidir. Məsələn, mən parlamentin iclasında da demişdim ki, “Beynəlxalq Bank”da əsas payçı dövlət olmasaydı və şəxsən Cahangir Hacıyevin özünün mülkiyyəti, yaxud da hansısa səhmdarların olsaydı, kim özünün pulunu elə dağıdardı? Məktəbli uşağa belə aydın olan, sadəcə fırıldaq və dələduzluq üçün yaradılan və heç bir perspektivi olmayan bir layihəyə milyarda yaxın pulu ayırmaq cinayətdir, müharibə şəraitində olan, torpağın 20 faizi işğal olunan bir ölkədə bunu etmək xalqa qarşı düşmənçilikdir, siyasi mənada vətənə xəyanətdir. Buna görə də özəlləşdirmə vacibdir. Məsələn, bizdə dövlət sifarişi ilə dövlət şirkətləri tərəfindən nə qədər səhiyyə obyektləri, məktəblər və s. tikilib. Mən sizi əmin edirəm ki, əgər bu işləri özəl şirkətlər görsəydi, onun dəyəri dövlətin tikdiyindən 4 dəfə ucuz başa gələcək və daha keyfiyyətli olacaq. Sahibkar da özününkü olduğuna görə o müəssisəni göz bəbəyi kimi qoruyacaq. Biz sosialist planlı təsərrüfat sistemindən çıxmışıq və bilirik ki, dövlət mülkiyyəti həm hamınındır, həm də heç kimin. Ona görə də o sistem çöküb. Bazar iqtisadiyyatına keçdiyimiz halda, niyə AZAL, Azərenerji, Azərişıq, Dövlət Neft Şirkəti özəlləşdirilməsin? Məsələn, bazarda satılan bir ton armaturun qiyməti neçəyədir, dövlət şirkətləri həmin materialın qiymətini neçədən rəsmiləşdirirlər? Yaxud da adi bir vətəndaş ev tikəndə bir kvadratı neçəyə başa gəlir, dövlət tikəndə neçəyə? Bunu müqayisələr edib həqiqəti ortaya çıxarmaq elə də böyük ağıl və qabiliyyət tələb etmir. Özəlləşdirmə olmasa, bazar iqtisadiyyatı effekt verməyəcək, rəqabətlilik olmayacaq və heç bir ciddi inkişafdan söhbət gedə bilməz. Parlament seçkiləri başa çatıb, ölkə 2016-cı ilə qədəm qoyur, neftin qiyməti düşür və qısa zamanda qalxacağı gözlənilmir. Azərbaycanın qazın ixracı layihələrinə yatırdığı pulları, götürəcəyi gəlirləri əldə etməyə hələ bir neçə il lazımdır. Həm də əvvəlcə qoyulan xərclər ödənilməlidir. Ona görə yaxın vaxtlarda Azərbaycanın enerji daşıyıcılarından böyük gəlirlər götürəcəyi gözlənilmir. Ölkənin xarici borcları var, şirkətlərin dövlət zəmanəti ilə götürdüyü borclar da var ki, səmərəsiz istifadə edərək dağıdıblar. İndi onu da dövlət qaytarmalıdır. Ona görə də islahatlar aparılmasa, xeyli sosial və iqtisadi gərginlik yaşanacaq. Başqa alternativ görmürəm.

– Bu ilin fevral ayında manatın kəskin devalvasiyası əhaliyə ağır maddi ziyan vurdu. İndi yenidən manatın dəyərdən düşəcəyi gözlənilir. Sizdə milli valyutanın ucuzlaşacağını gözləyirsinizmi?

– İxtisasca iqtisadçı olmasam da, partiya sədri və millət vəkiliyəm. İqtisadi prosesləri uzun illərdir ki, izləyir və qiymətləndirirəm. İqtisadi sahədə islahatlar dərinləşdirilməsə, islahatlar qaçılmaz olacaq. Mən çoxdan söyləmişəm ki, Mərkəzi Bankın rəhbərliyində ciddi kadr dəyişikliyi edilməli, ora daha mütərəqqi, daha təmiz imicli, daha çevik, dünyada baş verən maliyyə proseslərindən xəbəri olan insanlar, xüsusən gənclər gətirilməlidir. İndiyədək Mərkəzi Bankın gördüyü bir iş olub. Yəni ehtiyatlardan dollar buraxaraq, manatın kursunu stabil saxlayıblar. Halbuki manatın elə stabil saxlanması iqtisadiyyatın inkişafına müsbət mənada kömək etmirdi. Tədricən də olsa, yumşaq şəkildə devalvasiya olmalı idi. İkincisi, dəfələrlə Milli Məclisdə də söyləmişəm ki, ölkə canlı orqanizmdirsə, bank onun qan damar sistemidir. Dünyanın ən böyük şirkətləri belə bankla işləyirlər. Amma bizdə bankların faizləri o qədər yüksəkdir ki, bununla heç bir iş görmək mümkün deyil. Yalnız pulları başqa ad altında götürüb kommersiya, alış verişlə gəlir əldə etmək olar. Həmçinin kreditlərin verilməsində olan neqativ hallar da hamının bildiyi məsələdir və qarşısı vaxtında alınmamışdı. Dəfələrlə söyləmişdik, hətta Prezident də tapşırıq vermişdi ki, bizim xaricdə saxlanılan valyuta ehtiyatlarımızın bir hissəsi gətirilib yerli banklarda yerləşdirilməli və sahibkarlara aşağı faizlə kredit verilməlidir. Yəni 5-6 holdinq 9 milyonluq ölkənin iqtisadiyyatını idarə edə bilməz. Ona görə də orta və kiçik sahibkarlıq inkişaf etməli idi ki, əhalini işlə təmin etsinlər və s. İndi dövlət sektorundan kənar əsas işçi qüvvəsi tikinti sektorundadır. 2016-cı ilin dövlət büdcəsində isə tikinti üçün əsaslı kapital qoyuluşu nəzərdə tutulmayıb. Deməli, nə qədər insan öz iş yerini itirəcək. Həmçinin tikinti-investisiyaya ayrılan pulun bir hissəsi ƏDV, gəlir vergisi, pensiya fonduna ödəmələr və s. formada dövlət büdcəsinə qayıdırdı. İndi bunların heç biri olmayacaq. Ona görə də kiçik sahibkarlıq inkişaf etdirilməlidir. İlk növbədə bank sektoruna xalqın etimadını qazandırmaq üçün valyuta ehtiyatlarının bir hissəsi o banklara yerləşdirilməlidir. Mərkəzi Bankın sədrinə sual verdim, siz özünüz Azərbaycan banklarına etibar edib, pulu burda saxlamırsınızsa, niyə Azərbaycan vətəndaşları, sahibkarlar pulunu o bankda saxlamalıdır? Yəni dövlət olaraq, siz öz bankınıza inanmırsınız. Vətəndaş da bunu görür. Demirəm ki, hamısını, amma 2 milyard pul ölkəyə gətirilə bilər. Ancaq illərdir hər dəfə bu məsələni parlamentdə qaldıranda Elman Rüstəmov ya üstündən sükutla keçib, ya da deyir ki, Azərbaycan iqtisadiyyatı bu qədər vəsaiti həzm edə bilməz. Onsuz da dövlət məcbur olacaq ki, əhalinin müəyyən sosial müavinətlərini, maaşlarını vermək üçün o pulu gətirsin və həmin vəsait əriyib gedəcək. Amma gətirilib sahibkarlara verilsə, canlanma yaranacaq, əhali də evlərində saxladığı pulları ortaya çıxaracaq. Elman Rüstəmovun o fikri ilə razıyam ki, əhali əlində olan pulu dollara çevirib və saxlayır. Bu vəsaitin ortaya çıxması üçün ağıllı tədbirlər görülməlidir. Amma Elman Rüstəmovun elan etdiyi tədbirlərin heç biri ağlabatan deyil. Yəni parlament təcrübəsi olan şəxs kimi, mən inanmıramsa, xalq necə inanacaq? Ona görə də islahatlar bank sektorundan başlamalı və iqtisadiyyatda rəqabətlilik mühiti yaxşılaşdırılmalıdır. Bu, olmasa, iqtisadi vəziyyətimiz ağırlaşacaq. Həmçinin elə etmək lazımdır ki, vergi orqanları tərəfindən sahibkarlardan əlavə vəsaitlər alınmasın. Həm də vergi yükü azaldılmalıdır ki, sahibkarla vergi əməkdaşının cinayət əlaqəsinə girmək imkanları daralsın. Bunun üçün bütün sahələrdə kompleks islahatlar aparılmalı və kadrlar yenilənməli, əsasən gənc mütəxəssislər irəli çəkilməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev mükafata layiq görüldü

Next Post

BİZ varıq!

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

BİZ varıq!

10.000 manata köhnə soyuducu: “Zil-Moskva” gizli dinləməyə qarşı?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.