"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda məhkum olunmuş şəxslərlə bağlı yeni qayda

16 Aprel 2018 - 15:08
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin Siyahısı” təsdiqlənib.

Elchi.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər:

elektron qolbağı- məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Elektron qolbaq üçüncü şəxslər tərəfindən paltar altında görünməməsi üçün kiçik və yüngül olmalı, nəzarət subyektinə zərər verməyəcək materialdan hazırlanmalı, onun gündəlik fəaliyyətinə çətinlik yaratmamalı, enerji ehtiyatı indikatoru, kilidin açılması, kəmərin kəsilməsi, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini dəstəkləməli, zərbəyə, suya, toza, habelə hərarət və hündürlüyün dəyişməsinə qarşı dözümlü olmalı, uzun müddətdə fasiləsiz işləmək üçün enerji ehtiyatını saxlamalıdır. Müstəqil işləyən elektron qolbaq, həmçinin şəbəkə indikatoru, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları, nəzarət qurğuları ilə kompleksdə işləyən elektron qolbaq isə həmin qurğulardan uzaqlaşması detektorları ilə təmin edilməlidir;

mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Mobil nəzarət qurğusu cibdə yerləşməsi üçün kiçik və yüngül olmalı, enerji ehtiyatı və şəbəkə indikatorları, şəbəkədən ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini, interaktiv xəritəni dəstəkləməli, GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir;

ev nəzarət stansiyası – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları eyniləşdirərək şəxsin həmin yerdə olması haqda məlumatları monitorinq mərkəzinə ötürən elektron cihazdır. Ev nəzarət stansiyası bir və ya əlaqəli işləyən bir neçə qurğudan ibarət ola bilər. Ev nəzarət stansiyası evdə üfüqi və ya şaquli səth üzərində rahat yerləşdirilməsi üçün kiçik olmalı, yerüstü xətt və (və ya) GSM vasitəsilə şəbəkəyə qoşulmalı, enerji ehtiyatı, şəbəkə və işlək olması indikatorları, enerji mənbəyindən və şəbəkədən ayrılması, fiziki və proqram müdaxiləsi, habelə yerdəyişməsi detektorları, səs xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və əlavə ehtiyat enerji qida mənbəyini dəstəkləməli, əhatə dairəsini tənzimləmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir;

ev siqnal ötürücüsü – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron cihazdır. Ev siqnal ötürücüsü bir və ya əlaqəli işləyən bir neçə qurğudan ibarət ola bilər. Ev siqnal ötürücüsü evdə üfüqi və ya şaquli səth üzərində rahat yerləşdirilməsi üçün kiçik olmalı, siqnalların radiotezliklər (Wi-Fi, Bluetooth və sair ola bilər) vasitəsilə ötürücüsü, enerji ehtiyatı, işlək olması indikatorları, enerji mənbəyindən ayrılması, fiziki və proqram müdaxiləsi, habelə yerdəyişməsi detektorları ilə təchiz edilməli, stasionar və əlavə ehtiyat enerji qida mənbəyini dəstəkləməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda 54 ağır hemofiliyalı xəstə müalicə alır

Next Post

“Əmək pensiyasının orta aylıq məbləği 11,3 dəfə artıb” – Səlim Müslümov

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Əmək pensiyasının orta aylıq məbləği 11,3 dəfə artıb” – Səlim Müslümov

“Əmək pensiyasının orta aylıq məbləği 11,3 dəfə artıb” – Səlim Müslümov

Sabah Konstitusiya Məhkəməsinin Plenumu keçiriləcək – Prezident seçkiləri ilə bağlı

Sabah Konstitusiya Məhkəməsinin Plenumu keçiriləcək - Prezident seçkiləri ilə bağlı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.