Azərbaycanda orta yaş həddi

Bunu da oxuyun

Azərbaycanda orta həyat ömrü 75,2 ildir.

APA-nın xəbərinə görə, bu barədə Tibbi turizm üzrə Alman-Azərbaycan biznes forumunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov bildirib.
Direktor forum zamanı Azərbaycanda səhiyyə sahəsində həyata keçiriləcək islahatlardan danışıb. Onun sözlərinə görə, talassemiya Mərkəzində 3100 xəstə müalicə alır: “2017-ci ildə Talassemiya Mərkəzində müalicə alan 12 nəfər üzərində ilik transplantasiyası əməliyyatı aparılıb”.
İSİM rəhbəri bildirib ki, Azərbaycanda tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır: “2017-ci ildə tədarük olunan qanın miqdarı 37 tondan çox olub”.
Azərbaycanda 225 min şəkərli diabet xəstəsinin dövlət tərəfindən dərman preparatları ilə təmin olunduğunu vurğulayan C. Məmmədov qeyd edib ki, ölkədə hemofiliyadan ölüm göstəriciləri azalıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728