“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, 2018-2019-cu il üzrə ov mövsümü 2018-ci il mayın 26-da elan olunub: “Builki ov mövsümü üzrə ov limiti artıq bitmək üzrədir”. Nazirlik rəsmisi hazırda su-bataqlıq quşlarının ov dövrünün olduğunu da söyləyib.
H.Əlizadə 2019-2020-ci il üzrə ov mövsümünün mayın sonunda elan ediləcəyini də diqqətə çatdırıb.
O, Azərbaycanda ov etmək istəyən insanların maarifləndirilməsinə də ehtiyac olduğunu vurğulayıb.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




