"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda qəzalarda ölən insanların orqanları dərhal götürülə bilər

08 İyun 2018 - 12:22
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanda qəzalar və ya təbii fəlakətlər zamanı ölmüş insanların orqan və toxumaları transplantasiya, tədris və elmi məqsədlər üçün götürülə bilər. Trend-in məlumatına görə, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Belə ki, qanuna təklif edilən 9.4-cü bəndə əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olman şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər.

Bu halda məhkəmə-tibbi eksperti məlumatlandırılır, orqan və toxumaların alınması onun iştirakı ilə həyata keçirilir (ekspert iştirakının zəruri olmamasını bəyan edərsə, orqan və toxumaların alınması bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir).

Qeyd edək ki, qanuna dəyişikliklər iyunun 5-də Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilib, lakin müzakirələrdən sonra dəyişikliklərin yenidən işlənməsi və müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilib.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, orqan köçürülməsində ən vacib şərtlərdən biri əməliyyatın tez həyata kerçirilməsidir: “Çünki beyin ölümü baş verəndən sonra müəyyən vaxtdan sonra bütün orqanlar öz funksiyalarını dayandırmağa başlayır və sıradan çıxır. Ona görə də beyin ölümü baş verəndən sonra nə qədər tez müddətdə orqan köçürülərsə, o qədər də effektiv nəticə verər”.

Deputat qəzada ölən şəxsin orqanlarının yaxınının icazəsi olmadan götürülməsi məsələsinə də aydınlıq gətirib: “Biz indi elektron səhiyyəyə keçirik, digər tərəfdən, icbari tibbi sığorta işləməyə başlayıb. İcbari tibbi sığortada hər bir şəxsin sığorta kartı olacaq. O sığorta kartında onun bütün tibbi göstəriciləri yazılacaq, o cümlədən əgər şəxs sağlığında vəsiyyət edibsə ki, “mən öləndən sonra orqanlarımı bağışlayıram və yaxud da orqanlarımın götürülməsinə etiraz etmirəm”, bu onun həmin kartında yazılacaq. O kartın nömrəsi isə vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi ilə eyni olacaq. Yəni vətəndaşın kartına baxdıqdan sonra daha onun qohumlarını gözləmək lazım deyil. Elektron qaydada vətəndaşın kartına baxıb görəcəklər ki, vətəndaş orqanlarını bağışlayıb, yoxsa yox. Əgər etirazı yoxdursa, orqanlar götürüləcək, lakin etiraz edibsə, təbii ki, onun orqanlarını götürmək olmaz. Yəni burada əsas məqsəd orqanın götürülməsinin tezliyini təmin etməkdir. Tutaq ki, bir şəxs rayonda qəzada dünyasını dəyişir, yaxını isə Bakıdadır. O gəlib razılıq verənə qədər ölmüş şəxsin orqanları artıq sıradan çıxacaq”.

Deputat vurğulayıb ki, Azərbaycanda hər il 1500-ə qədər insanın donorluğa ehtiyacı olur, ancaq meyitdən donor götürülə bilmədiyinə görə canlı insandan insana ildə 100-120 donorluq əməliyyatı keçirilə bilir: “Deməli, bundan təxminən 10 dəfə artıq ehtiyac ödənilməlidir. Ona görə də qanuna bu dəyişikliklərin edilməsinə ehtiyac var. İnsanlarımız da anlamalıdır ki, onsuz da bunun əzizi dünyadan köçüb, geri qaytarmaq mümkün deyil, heç olmasa orqan köçürməsi ilə digər insana kömək etməklə rəhmət qazanır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zəlzələdən sonra 2 minə yaxın sakin evindəki çatlara görə müraciət edib

Next Post

Türkiyə İraqın üç bölgəsinə zərbə endirə bilər

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Türkiyə İraqın üç bölgəsinə zərbə endirə bilər

Azərbaycanda 120 eks-deputat pensiyaya çıxıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.