"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycanda qrip virusunun yayılması təhlükəsi yoxdur” – Baş infeksionist

17 Oktyabr 2018 - 19:00
in CƏMİYYƏT

“Azərbaycanda qrip virusunun yayılması təhlükəsi yoxdur”  – Baş infeksionist

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Mövsümlə əlaqədar olaraq qrip və digər virus infeksiyalarının yayılması ehtimalı artır. Ona görə də insanlar düzgün qidalanmalı və isti geyinməlidirlər. Çünki payız-qış aylarında orqanizmin iqlim dəyişikliklərinə alışması çətin olur”.

Bunu “Report”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, vaxtaşırı həkim müayinəsindən keçmək vacibdir: “Qrip vürusunun gedişində orqanizmdə bir çox ağırlaşmalar, o cümlədən tənəffüs yollarında, eləcə də ürək-qan damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlarda ciddi narahatlıqlar müşahidə olunur. İnsanların konservləşdirilmiş qidalardan uzaq durmaları məsləhətdir. Bitki ilə zəngin qidalara üstünlük verilməli, qida rasionunda müxtəlif meyvə və tərəvəzi artırmaq lazımdır. Tərəvəzləri isə daha çox bişmiş yox, çiy halda yemək məqsədəuyğundur. Əgər kimsə qripə yoluxarsa, ilk növbədə özü bunun qarşısını almağa çalışmalıdır. İşə getməməli, tempratur olduğu müddətdə yataq şəraitində qalmalı, məcburən işə gedirlərsə, o zaman qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməlidirlər. Hətta evdə də maska taxılmalıdır. Eləcə də ictimai yerlərdə mümkün qədər az olmaq lazımdır”.

C.İsayev əlavə edib ki, ölkədə epidemiolji xarakter daşıyan hansısa virusun yayılması təhlükəsi yoxdur: “Lakin qriplə bağlı hər zaman təhlükəli vəziyyət ola bilər. Qripin ətraf ölkələrdən Azərbaycana keçmə ehtimalı da var. Bunun qarşısını almaq üçün görülən qabaqlayıcı tədbirlər isə çox vaxt effekt vermir. Çünki qrip çox sürətlə yayılır. Bəzən vətəndaşlarımız buna ciddi yanaşmırlar. Amma qrip təhlükəsinə çox məsuliyyətlə yanaşmaq lazımdır. Çünki bu, kifayət qədər ciddi və ağır nəticələr verə bilir”.

Baş infeksionist həmçinin, insanlar arasında sıx müşahidə olunan koksaki virusu barədə də danışıb. Koksaki virusunun enteroviruslara aid olduğunu xatırladan C.İsayev vurğulayıb ki, buna yalnız uşaqlar deyil, böyüklər arasında da rast gəlinir: “Koksaki daha çox yaz-payız fəsillərində özünü büruzə verir. Bu zaman həmin virusların ətraf mühitə yayılmasına şərait yaranır. Bu xəstəlik zamanı ağızda, əl və qollarda balaca yaralar əmələ gəlir, hərarət, boğaz ağrısı, ürək bulanma, qusma, ishal kimi kliniki əlamətlərlə təzahür edir. Bu virus əsasən su, müxtəlif qidalar, həm də hava damcı yolu ilə də keçə bilər. Törətdiyi xəstəlik kliniki gedişə malik olur. Daha çox respirator xəstəlik olub qripi xatırladır. Bu zaman orqanizmin immun sistemini gücləndirmək, temperatur varsa yaşam şəraitini yaxşılaşdırmaq, düzgün qidalanmaq, pəhriz saxlamaq lazımdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub

Next Post

Düşmən atəşkəsi 29 dəfə pozdu

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Düşmən atəşkəsi 29 dəfə pozdu

Düşmən atəşkəsi 29 dəfə pozdu

Qərargah: Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır

Qərargah: Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.