"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda qripin vəziyyəti haqda Açıqlama

04 Fevral 2016 - 08:38
in XƏBƏR LENTİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı qripin intensivliyinə görə aşağı səviyyəli ölkə hesab edir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Təşkilatın Avropa Regional Bürosundan Trend-ə bildirilib ki, Azərbaycan qripin yayılmasına görə Avropa regionunda sporatik, yəni təsadüfi rast gəlinən, tendensiyasına görə isə azalma müşahidə edilən ölkə kimi dəyərləndirilir: “ÜST-nin Avropa Regional Bürosu Respublika Taun Əleyhinə Stansiyanın milli qrip laboratoriyasını və Səhiyyə Nazirliyinin qripə nəzarət edən yerli nəzarət orqanını dəstəkləyir. Azərbaycan, həmçinin Regional Qripə Epidemoloji Nəzarət Şəbəkəsində – “Avropa Qrip Xəbərləri” platformasında iştirak edir və Azərbaycandan olan məlumatlar bülletenə daxil edilib”.

Bürodan əlavə edilib ki, 2009-2010-cu illərdə Azərbaycan dünyada ÜST-dən pandemiya qrip peyvəndini alan və milli peyvənd kampaniyasının icrasına yardım göstərilən ilk ölkələrdən biri olub. Bunun nəticəsində pandemiyanın Azərbaycana təsiri nisbətən az olub: “İndi A(H1N1) mövsümi qrip virusudur. Qrip peyvəndi hər mövsüm tədqiqatlar əsasında insanlar arasında yayılmağı gözlənilən viruslardan qorumaq üçün hazırlanır. 2015-2016-cı il mövsümündə şimal yarımkürəsi üçün peyvəndə A(H1N1), A(H3N2) və B viruslarının ştamı daxildir. Bu mövsümdə peyvəndin mövsümi qrip viruslarının çoxu ilə yaxşı mübarizə aparacağının əlamətləri mövcuddur. Yəni peyvənddəki virusların insanlar arasında gəzən viruslarla yaxından bağlılığı var. Buna görə də cari peyvəndin yaxşı müdafiə təmin edəcəyi gözlənilir”.

Qeyd edilib ki, 2009-cu ildəki pandemiyadan sonra hər qrip mövsümündə müxtəlif virusların üstünlük təşkil edə bilməsinə baxmayaraq, digər iki mövsümi qrip virusu – A(H3N2) və qrip B virusları ilə yanaşı, A(H1N1) qrip virusu da yayılmağa başlayıb: “2015-2016-cı il mövsümündə Avropa regionunda bir sıra ölkələrdə A(H1N1) qripindən ciddi ağırlaşma və ölüm halları müşahidə olunur. Güman ki, bölgənin bəzi digər ölkələri də bu hallarla üzləşə bilər”.

Bürodan bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrə yerlərdə mövsümi qrip əleyhinə peyvənd proqramına malik olmağı və qripin ağır formalarına yoluxma riski olan qruplar üçün mövsümi qrip peyvəndlərinin təminatının mövcudluğuna əmin olmağı tövsiyə edir. Risk qrupuna yaşlı insanlar, yaşlılar və əlillər üçün müəssisələrin daimi sakinləri, hamilə qadınlar, xroniki ürək və ya ağciyər xəstəlikləri və ya xroniki nevroloji xəstəlikləri olan insanlar, eləcə də 6-59 aylıq uşaqlar daxildir: “Məlum olduğu kimi, A(H1N1) ciddi xəstəliyə, bəzi hallarda sağlam böyük insanlar, o cümlədən hamilə qadınlarda ölüm hallarına səbəb ola bilər. Həkimlər xəstələrə virusa qarşı preparatlarla dərhal müdaxilə etmək üçün məlumatlandırılmalı və təlimat almalıdırlar”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səhiyyə Nazirliyində dərman maxinasiyası – Büdcədən milyonlar necə “silinir”?

Next Post

Neft bahalaşdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neft bahalaşdı

Moskva Suriyadakı planlarını açıqladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.