"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda quşların sayı niyə azalır?

21 Dekabr 2018 - 12:28
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Son illərə qədər Azərbaycanda çox sayda quş növlərinə rast gəlinirdi. Amma bu günlərdə quşların həm say olaraq, həm də növlərinin azaldığı iddia edilir. Elə regionlarda yaşayan insanların sözlərinə görə, bəzi ərazilərdə qaratoyuq kimi quşlara çox az rast gəlinir. 

Ölkəmizdə quş növlərinin azalmasının səbəbi nə ilə izah edilir?

Elchi.az xəbər verir ki, bu barədə modern.az-a danışan Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanovun sözlərinə görə, quşların azalması barədə iddialar həqiqəti əks etdirmir. E.Sultanov bölgələrdə qaratoyuq quş növünün azalmasının səbəbini ovçuların artması ilə əlaqələndirib:

“Ümumiyyətlə, dünyada insanların sayı artır, vəhşi təbiətin yeri isə azalır. Ona görə, əksər quş növləri məhv olmağa doğru gedir. Bunun qarşısını almağın yeganə yolu qoruqların, parkların yaradılması, heyvan və quş növlərinin elə təbiətdə mühafizə edilməsidir.

Azərbaycan da dünyanın tərkib hissəsi kimi, bu proseslərə daxildir.

Mənim şəxsi tədqiqatlarıma görə, qaratoyuq quşları Azərbaycanda azalmayıb. Lakin hansı bölgədə azalıbsa, bunun konkret səbəbləri var. Regionlarda əksər uşaqlar əldə düzəltdikləri alətlərlə qaratoyuğu həmişə ovlayıb, yeyiblər. Həmçinin, kiçik tüfənglərdən, ov tüfənglərindən istifadə etməklə quşları ovlayırlar. Qaratoyuq hətta şəhərlərdə də yaşayır və insandan o qədər də qorxmur. Ona görə həmin quşları ovlamaq bir qədər asandır. Ovçuların çox olmasına ehtiyac da yoxdur. Bir neçə insanın bu addımı atması quşun sayının azalmasına səbəb ola bilir”.

E. Sultaov quşların şəhərlərdə azalmasından da danışıb. O qeyd edib ki, Bakı kimi böyük  şəhərlərdə parkların, ağacların və yaşıllıqların çox olması quş növlərinin də artmasına səbəb ola bilər:

“Bakı bir neçə əsr əvvəl  yarımsəhra bölgəsi olub. Burada ilk bağı – Qubernator bağını ruslar salıb. Sovet dövründə isə Bakı tamamilə dəyişdi. Ağacsız, yaşıllıqsız şəhər olmaqdan çıxıb, parkla, yaşıllıqlarla dolu şəhərə çevrildi. Bunun nəticəsi olaraq, 1970-80-ci illərdə  Bakıda məskunlaşan quş növlərinin sayı artdı. Hətta meşə olmasa belə, meşə quşları da qışlamaq üçün Bakını seçirdi.

Zaman keçdikdə bəzi quşların insansevər xüsusiyyətləri yaranır. Məsələn, qeyd etdiyimiz kimi, ölkəmizdə məskunlaşan qara qaratoyuq insandan qorxmur. Halbuki, Rusiyada – Moskva ərazisində heç vaxt bu quşa rast gəlmək olmur. Orada şəhərlərə ağbaş, oxuyan qaratoyuq növləri gəlir. Çünki Rusiyada yaşayan qara qaratoyuq insandan qorxur.

Maraqlı bir məlumatı da qeyd edim. Ukraynada əvvəllər qara qaratoyuq şəhərlərdə yaşamayıb. İnsanlardan qorxduğuna görə, bu növ quşu meşədən gətirib, şəhərdə çoxaltmağa çalışsalar da, onlar yenidən qaçıb, meşəyə qayıdıblar. Sonradan ukraynalılar Polşada şəhərdə məskunlaşan qara qaratoyuqları Kiyevdə çoxaltmağa cəhd göstərdilər. Bu isə baş tutdu”.

Son illərdə bildirçinin ev quşları kimi ətindən və yumurtasından istifadə edilməsinə toxunan mütəxəssis bu vəziyyətin bildirçinlərin sayını azaltmayacağını söyləyib. E.Sultanovun sözlərinə görə, qəfəsdə ev quşu kimi saxlanan bildirçin Azərbaycanda yaşayan bildirçin növü deyil:

“Bizim istifadə etdiyimiz yapon bildirçinidir. Bu, ayrı növ sayılır. Ev bildirçini tamamilə başqa cür səs çıxarır, oxuyur. Eyni zamanda, döş tüklərinin rənginə görə də bu bildirçin növü bizim ərazilərimizdə yaşayan bildirçindən fərqlənir. Ev bildirçinini təbiətə buraxsaq, yaşaya bilməz.

Keçmişdə bizim ərazilərimizdə yaşayan bildirçinə dağ ərazilərində rast gəlinirdi. Amma son zamanlar ən adi çoxalan quş kimi Aran rayonlarına yayılıb. Demək olar, bu ərazilərdə çox sayda bildirçinin səsi eşidilir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, quş və heyvan növləri sabit artıb-azalmır. İqlim şəraitinə, ərazinin xüsusiyyətinə uyğun bütün bitki və heyvanların sayı artıb-azalır. Məsələn, hazırda elə danışdığımız bildirçinin sayı artır. Ola bilər, 10-15 il sonra azalmağa doğru getsin”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

Next Post

“Beynəlxalq Bank işi” üzrə həbs edilən şəxs azadlığa buraxıldı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Beynəlxalq Bank işi” üzrə həbs edilən şəxs azadlığa buraxıldı

“Beynəlxalq Bank işi” üzrə həbs edilən şəxs azadlığa buraxıldı

Prezident Bakı neft emalı zavodunda – FOTOLAR

Prezident Bakı neft emalı zavodunda - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.