"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda robotlar vasitəsilə əməliyyatlar aparıla bilər

18 İyul 2017 - 17:28
in CƏMİYYƏT

Bakı Ürək Mərkəzində Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunmuş nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə öncə ürək xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və açıq ürək əməliyyatlarının icrasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Əhalinin tibbi maarifləndirilməsində mətbuatın rolunu yüksək qiymətləndirən Ürək və Sağlamlıq Cəmiyyətinin sədri, millət vəkili, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini Rəşad Mahmudov qarşıdan gələn 22 iyul Milli Mətbuat Günü münasibətilə media təmsilçilərini təbrik edib.

R. Mahmudov Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyada ölüm və əlilliyin səbəbləri sırasında ürək-damar xəstəliklərinin ilk yerdə olduğunu, dünyada hər doğulan 1000 uşaqdan 10-12-də ürək-damar qüsurları olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda ölüm və əlilliyin səbəbləri sırasında da ürək-damar xəstəlikləri 57,8 faizlə ilk yerdədir.

Dünyada və Azərbaycanda ürək-damar cərrahiyyəsinin tarixindən bəhs edən Ürək və Sağlamlıq Cəmiyyətinin sədri ölkədə bu sahədə ciddi uğurlar əldə olunduğunu söyləyib: “Bu gün Azərbaycanda olmasa da, dünyada robotlar vasitəsilə ürək cərrahi əməliyyatları keçirilir.

Gələcəkdə robotlar vasitəsilə ürək əməliyyatlarının artması gözlənilir. Azərbaycanda belə əməliyyatın olmamasının səbəbinə gəlinə, düşünürəm ki, bu gün bunun yeganə səbəbi maliyyədir. Xəstə üçün bu, astronomik qiymətdir. İcbari tibbi sığortanın tətbiqindən sonra bu, mümkün olar. Bu gün, sadəcə, belə aparatlara illik xidmətin dəyəri 2 milyon dollardır. Gələcəkdə icbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda robotlar vasitəsilə belə əməliyyatların aparılması mümkün ola bilər. Ancaq inanın ki, heç bir robot insan qədər bacarıqlı ola bilməz. Sadəcə, həkim başqa bir otaqda oturub, digər otaqda robot vasitəsilə xəstə üzərində belə əməliyyat apara bilər”.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini,  S.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirov dünyada 40 yaşdan yuxarı hər 5 nəfərdən birinin ürək çatışmazlığından əziyyət çəkdiyinin nəzərə çatdırıb. T. Cahangirov ürək-damar xəstəliklərinin müalicəsində profilaktika və ilkin mərhələdə müayinənin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İmtahanlarda az bal toplayan müəllimlərə — XƏBƏRDARLIQ

Next Post

Ana həbsdəki oğluna mobil telefon keçirmək istədi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Ana həbsdəki oğluna mobil telefon keçirmək istədi

Kəmaləddin Heydərovun istefa verməsi xəbəri ilə bağlı — RƏSMİ AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.