“Ölkəmizdəki seysmik stansiyaların sayı 84-ə çatdırılacaq”.
Elchi.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin “Seysmologiya” şöbəsinin müdiri Tahir Məmmədli Elm gününüə həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, hazırda 62 seysmik stansiya məlumatları əsasında seysmik tədqiqatların aparılır, yaxın vaxtlarda isə bu say 84-ə çatacaq.
Şöbə müdiri həmçinin mərkəzdə geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparıldığını da qeyd edib.






