"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycanda siyasi sabitlik hökm sürür” – Fuad Ələsgərov

11 May 2018 - 13:42
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Ümummilli lider Heydər Əliyevin anadan olmasının və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan şair, dramaturq Cəfər Cabbarlının “Sevdiyim” şeiri əsasında eyniadlı adlı layihənin təqdimat mərasimi keçirilib.

“Report”un xəbərinə görə, mərasimdə Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər, Cəfər Cabbarlının yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov deyib ki, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı 1918-ci ilin noyabrın 9-da təsdiq edilib. Təəssüflər olsun ki, bu bayraq 23 ay dalğalana bildi: “1990-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin iclasındahəmin bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması ilə əlaqədar qərar qəbul edildi. Həmin vaxt Azərbaycan sovet imperiyasının tərkibində idi. Heydər Əliyev bayrağa dəyər verirdi. O həmişə deyirdi ki, vətəni sevən hər kəs bu bayraq altında birləşməlidir. 1991-ci ildə ölkəmiz müstəqil oldu. Bu gün Azərbaycanın hər yerində bayrağımız dalğalanr. Torpaqlar işğaldan azad edildikdən sonra bayrağımız həmin torpaqlarda, Xankəndində, Şuşada dalğalanacaq. Bu bayraq inkişaf etmiş dövlətin bayrağıdır. Bu nailiyyətlərin əldə edilməsini xalq Heydər Əliyevə borcludur. Bu dahi insanın misilsiz xidmətləri var. 1993-cü ildə ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Xalq ulu öndərə üz tutdu, yenidən hakimiyyətə dəvət etdi. Onun dövründə siyasi sabitlik təmin edildi, inkişafın əsası qoyuldu. Ölkənin əsas təbii sərvəti olan neftin dünya bazarlarına çıxarılması üçün şirkətlərlə müqavilələr imzalandı”.
F.Ələsgərov vurğulayıb ki, hazırda Azərbaycanda siyasi sabitlik hökm sürür.
Sonra çıxış edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman naziri Azad Rəhimov çıxış ediblər. Onlar çıxışlarında Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyindəki rolundan, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, o cümlədən kliplə bağlı fikirlərini bildiriblər.
Dövlət rəsmilərinin çıxışlarından sonra şair, dramaturq Cəfər Cabbarlının “Sevdiyim” şeiri əsasında hazırlanan və yüzillik tarixin əks olunduğu klip təqdim olunub. Əsərin bəstəkarı və ifaçısı Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, reissoru isə Ülviyyə Könüldür.
Tədbirin bədii hissəsində T.Ağayevanın ifasında vətənpərvərlik mahnıları səsləndirilib.
Qeyd edək ki, “Sevdiyim” layihəsi “ASAN Xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fuad Ələsgərov: “Ordumuz öz gücünü aprel döyüşlərində göstərib”

Next Post

İçərişəhərdə 2 milyonluq villa satışa çıxarıldı – FOTO

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İçərişəhərdə 2 milyonluq villa satışa çıxarıldı – FOTO

İçərişəhərdə 2 milyonluq villa satışa çıxarıldı - FOTO

Samur-Abşeron kanalına çirkab su axıdanlar cərimələndi

Samur-Abşeron kanalına çirkab su axıdanlar cərimələndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.