“TURKOVAC vaksininin 3-cu faza klinik sınaqları Azərbaycanda da keçiriləcək”.
Elchi.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.
Nazir bildirib ki, bununla bağlı danışıqlar olub: “Texniki məsələlər üzərində işlər aparılır. İşçi qrupu gəlib. Protokollar təqdim olunub. Bununla bağlı ətraflı məlumat veriləcək”.
Səhiyyə naziri Teymur Musayev ölkədə vaksinlə əlaqəli heç bir problemin olmadığını deyib: “Hazırda ölkədə koronavirusla əlaqəli vaksin ehtiyatı kifayət qədərdir. Hər kəs istədiyi vaksin növündən vurdura bilər”.






