"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda vəzifəli şəxslər üçün yeni tələblər müəyyənləşib

28 Mart 2019 - 12:19
in CƏMİYYƏT

Nazirlər Kabineti “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”ni təsdiqləyib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

ONA-nın məlumatına görə, dövlət satınalmalarına cəlb olunan hər bir əməkdaş Davranış Kodeksinin müddəalarını ətraflı öyrənməli və onun tələblərinə əməl etməlidir.

Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsin davranışına olan tələblər aşağıdakılardır:

– qanunun aliliyi – dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan qanunlarının, habelə Azərbaycanın Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur;

–  vicdanlılıq – dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə, səmərəli və vicdanla yerinə yetirməyə borcludur. O, bütün hallarda hər bir şəxs üçün nümunə olmalı, sənədlərə və müraciətlərə vaxtında baxılması üçün qanunda nəzərdə tutulmuş bütün zəruri tədbirləri görməlidir;

– peşəkarlıq və fərdi məsuliyyət – dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs öz fəaliyyətini Azərbaycan R qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. O, öz üzərinə düşən vəzifə və öhdəlikləri həyata keçirmək üçün zəruri olan nəzəri və təcrübi bilik səviyyəsini daim inkişaf etdirməli, öz peşəkar fəaliyyəti ilə dövlət orqanına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli, satınalma prosedurlarının təşkilinə cəlb olunan digər mütəxəssislərin dövlət sənədlərinin tərtibatında yaranan çətinliklərin aradan qaldırılması üçün mütəxəssislərin maarifləndirilməsi istiqamətində işlər görməlidir;

– loyallıq – dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs onun peşə vəzifəsinə aid olmadığı hallarda, işlədiyi və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməli, peşə fəaliyyəti zamanı öz adına və nüfuzuna, habelə çalışdığı müəssisənin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir;

– qərəzsizlik – dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, satınalma prosedurlarının iştirakçıları arasında fərq qoymamalı, özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır;

– ictimai etimad – dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs peşə nüfuzunu möhkəmləndirməli, öz adını, şərəf və ləyaqətini uca tutmalı, davranış qaydalarına nümunəvi olaraq əməl etməli, ictimai etimad qazanmasına çalışmalıdır;

– mədəni davranış – dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır;

– konfidensiallıq – qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs öz vəzifələrinin icrası ilə bağlı ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsin vəzifəsi aşağıdakılardır:

– xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etmək;

– dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etmək;

– xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etməmək;

– xidməti vəsaitin və əmlakın korlanmasının, oğurlanmasının və talan edilməsinin qarşısının alınması üçün tədbirlər görmək, xidməti istifadəsində olan xidməti vəsaitlərə ehtiyatla yanaşmaq, onlara kənar müdaxilənin qarşısını almaq, onlar zədələndikdə, korlandıqda və ya itirildikdə, bu barədə rəhbərliyə məlumat vermək;

– dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, texniki nəzarət vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları, həmçinin, xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan məqsədlər üçün istifadə etməmək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı yeni xidmət istifadəyə verilib

Next Post

Bakıda həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bakıda həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

Bakıda həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

“200 min dollarlıq yalan”  və yaxud Bəybala Hüseynovun  öz faciəsi üzərindəki şousu

“200 min dollarlıq yalan” və yaxud Bəybala Hüseynovun  öz faciəsi üzərindəki şousu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.