"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda xəstənin çənəsinin bir qismi götürüldü – FOTO

06 Aprel 2018 - 11:23
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahiyyə əməliyyatı uğurla icra olunub.
Universitetin mətbuat xidmətindən  verilən məlumata görə, ağız boşluğunda və çənəsində şiş olan bir xəstədə şişlə yanaşı, çənənin bir qismi də götürülüb.
Bildirilib ki, çənədən çıxarılan sümüyün əvəzinə isə titandan rekonstruktiv lövhə qoyulub.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Üzçənə Cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudovun sözlərinə görə, xəstədə hələ 4 il qabaq çənəaltı tüpürcək vəzində şiş müşahidə olunub: “Həmin vaxt pasiyentin çənəaltı tüpürcək vəzinin patohistoloji müayinəsi nəticəsində bədxassəli şiş olduğunu aşkarlanıb. Xəstə sonrakı müalicə üçün onkoloji müalicə müəssisəsinə göndərilib, lakin növbəti müayinələrə gəlməyib. Həmin pasiyent 4 ildən sonra yenidən ATU Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Məlum olub ki, bu müddət ərzində xəstə özunu yaxşı hiss edib, heç bir problemi olmayıb. Lakin dekabr ayında xəstə özü bizə müraciət etdi. Bəlli oldu ki, artıq əməliyyat yerində deyil, ağız boşluğunda da törəmə əmələ gəlib. Rentgenoloji və kliniki müayinə nəticəsində aşkarlanıb ki, bu törəmə çənə sümüyünə və dilaltı toxumalara da yayılıb”.
M.Davudovun sözlərinə görə, xəstəyə cərrahi müalicə və əməliyyatdan sonra radioterapiya məsləhət görülüb: “Xəstə ətraflı müayinə olundu, əməliyyat planı dəqiqləşdirildi. Əməliyyat planına şişin götürülməsi, çənə sümüyünün seqmentar rezeksiyasiyası, həmin nahiyədə əmələ gələn çənə defektinin rekonstruktiv titan lövhə ilə aradan qaldırılması daxil olundu. Titandan hazırlanan rekonstruktiv lövhələr sırf bu cür çənə konstruksiyaları üçün nəzərdə tutulub. Bu lövhələr vasitəsilə defektin aradan qaldırılması və eyni zamanda yumşaq toxuma defektinin radial önqol sərbəst damar ayaqcıqlı dilimi ilə aradan qaldırılması məsləhət görülür”.
Həkim bildirib ki, bu əməliyyat üçün “radial önqol diliminin” seçilməsi təsadüfi deyil: “Çünki böyü dilim, boyundakı lokal dilim və s. dilimlərlə müqayisədə bu xəstədə ən uyğun variant uzaq bir nahiyədən “sərbəst damar ayaqcıqlı dilim”in götürülməsi olub. Bu mürəkkəb əməliyyat təxminən 6 saat davam edib. Nəticədə çənə sümüyü rezeksiya olunub, şiş götürülüb. Eyni zamanda, boyunda da böyümüş limfa vəziləri olduğu üçün radikal boyun diseksiyası icra edilib. Əməliyyatın ikinci mərhələsində ağız boşluğundakı defekt önqol nahiyəsindən götürülmüş sərbəst ayaqcıqlı dilim vasitəsilə və mikrocərrahi texnikanın köməkliyi ilə damarlara anastomoz qoyularaq bərpa edilib. Bir həftə öncə icra edilən əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti yaxşıdır. Artıq yaraları sağaldığından, xəstə yaxın zamanda evə yazılacaq”.
 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Putinlə aramızda qapalı mövzular yoxdur” – Prezident

Next Post

Nazirlər Kabinetinin səlahiyyəti azaldıldı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” ASC ləğv edilib

Nazirlər Kabinetinin səlahiyyəti azaldıldı

Azərbaycan Rusiyadan 25 ədəd izotermik maşın aldı

Azərbaycan Rusiyadan 25 ədəd izotermik maşın aldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.