İki ay ərzinə bir çox qarətlər törədən şəxslər tutulublar
Xaçmaz polisi oğurluqla məşğul olan cinayətkarları yaxalaya bilib.
Xaçmaz rayon polis şöbəsinin istintaq şöbəsinin rəisi Əhməd Nəcəfovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, keçirilən əməliyyat nəticəsində yanvar ayından fevral ayına qədər oğurluq edən şəxslər ifşa olunub.
Saxlanlan 1987-ci il təvəllülü Yaşar Nəcəfov, 1989-cu il təvəllüdlü Taleh Süleymanov və onun qardaşı 1991-ci il təvəllüdlü Tural tutulublar.
Saxlanılan şəxslər mağazalar və evləri qarət ediblər. Onlar mağazadan pul, tütün məmulatı, qızıl və məişət əşyaları oğulanıb.
Qeyd edək ki, həmin cinayətlə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Yayılan rəsmi məlumatda bildirilir ki, saxlanılan şəxslərin cinayətlərinin qurbanı olan şəxslər polisə müraciət edə bilərlər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
ANS PRESS



