"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda xüsusi karantin rejimi bu gündən daha bir ay uzadılıb

31 Avqust 2020 - 09:19
in CƏMİYYƏT

Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı qüvvəyə minib.

Nazirlər Kabinetinin 311 №li Qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulur.

31 avqust saat 06.00-dan muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur. (Bu Qərara əsasən fəaliyyətinə icazə verilən muzey və sərgi zallarının fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdır).

Fərdi, qrup halında tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə verilir (10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən məşğələlər istisna olmaqla).

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci ilin sentyabrın 15-dək dayandırılır.

Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması 2020-ci ilin sentyabrın 30-dək tətbiq ediləcək.

Beləliklə, 2020-ci il:

• 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

• 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

• 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

• 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin 312 №li Qərarı ilə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qrafik müəyyənləşib.

Belə ki:

Məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;

Ümumi təhsil müəssisələrində:

– ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;

– xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il sentyabrın 15-dən;

– ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən;

– ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

– ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən.

Peşə təhsili müəssisələrində:

– qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;

– peşə təhsilinin bütün səviyyələri üzrə – 2020-ci il oktyabrın 15-dən.

Ali və orta ixtisas təhsili müəssisələrində:

– I kurs tələbələri üçün – 2020-ci il oktyabrın 1-dən;

– II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il oktyabrın 15-dən;

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərdən asılı olaraq Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə tədris prosesi başlanır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərinin ərazisində sanitar-epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratmadığı barədə müvafiq olaraq Azərbaycan Respublikasının Baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi olduğu halda, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılması bu Qərarla müəyyən edilən tarixlərdən əvvəl bərpa edilə bilər.

Qərarın qüvvədə olduğu müddətdə təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsi təxirə salınır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Hikmət Hacıyevin yüzə yaxın hökumətyönlü QHT ilə görüşündən nə gözləmək olar?”

Next Post

Terror-təxribat təlimləri alan şəxs tutularaq Azərbaycana gətirildi — FOTO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Terror-təxribat təlimləri alan şəxs tutularaq Azərbaycana gətirildi — FOTO

Terror-təxribat təlimləri alan şəxs tutularaq Azərbaycana gətirildi — FOTO

Qubadlının işğalından 27 il ötür

Qubadlının işğalından 27 il ötür

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.