Azərbaycanda yayımlanan bu telekanallarda reklamlara – Qadağa

>

Azərbaycanda yayımlanan xarici ölkələrin telekanallarında reklamların nümayişi qadağan edilir. Buna görə yayımçı məsuliyyət daşıyacaq.

Bunu da oxuyun

APA-nın məlumatına görə, bu, yeni hazırlanmış “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13-cü (Yayımçının hüquq və vəzifələri) maddəsində əks olunub.

Maddəyə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır. Retranslyasiya olunan telekanallarda xarici reklamların yayımlanmasına görə yayımçı məsuliyyət daşıyır.

Maddədə o da təsbit olunub ki, kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728