Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Seysmoloji xidmət mərkəzindən Elchi.az-a verilən məlumata görə, yerli vaxtla saat 7:24-də Saatlı rayonu ərazisində maqnitudası 5,3 olan zəlzələ qeydə alınıb. Dərinliyi 39 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.
Elchi.az




