Trans-Anadolu (TANAP) və Trans-Adriatik kəmərləri (TAP) vasitəsilə istifadəyə veriləndən indiyə kimi Türkiyəyə 24,3 mlrd. kubmetr, Avropaya isə 28,7 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub.
Elchi.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü münasibətilə verdiyi məqaləsində bildirilib.
Məqalədə qeyd olunub ki, bu il ölkədə qaz hasilatı 48,7 mlrd. kubmetr, ixracı isə 24 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılıb.
Nazirin sözlərinə görə, 2021-ci ildə Avropaya 8,2 mlrd. kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40% artımla mümkün ən yüksək səviyyəyə – 11,4 mlrd. kubmetrə çatdırılıb.
Nazır vurğulayıb ki, hazırda Avropanını 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümumi tələbatı illik 30 mlrd. kubmetrdən çoxdur.
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...






