"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycandan İtaliyaya bu qədər qaz ixrac olunub – Nazir

15 May 2023 - 18:19
in İQTİSADİYYAT

Bu ilin ilk 4 ayında Azərbaycandan İtaliyaya 3 milyard kubmetrdən çox qaz ixrac edilib.
Elchi.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Tvitter hesabında bildirib.
Bu barədə P. Şahbazovun Bakıda səfərdə olan İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciulio Terzi Sant’Aqata, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Marko Skurria və üzvü Ettore Rosatodan ibarət nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.
Görüşdə hər iki ölkə liderlərinin rəhbərliyi ilə strateji tərəfdaşlıq müstəvisində inkişaf edən münasibətlərin inkişafından və enerji sahəsində genişlənən əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolundan bəhs edilib.
Qeyd olunub ki, İtaliya nəinki Azərbaycanın əsas ticarət tərəfdaşı və neft-qazının ixrac edildiyi ölkədir, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm rol oynayan tərəfdaşdır.
Görüşdə Cənub Qaz Dəhlizi və TAP vasitəsilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələri, eləcə də layihənin genişləndirilməsi və elektrik enerjisi sahəsində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə çatıb.
Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev Gebalini qəbul etdi

Next Post

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Səlim Müslümovun məhkəməsi təxirə salındı

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı müraciət

Qəbələdə narkokuryerlik edən şəxs saxlanıldı - DİN

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.