"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın daşınmaz tarixi–mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri müzakirə olunub

19 Dekabr 2023 - 15:02
in MƏDƏNİYYƏT

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəni irs” Forumunda “Azərbaycanın daşınmaz tarixi – mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri” mövzusunda panel müzakirələr təşkil olunub.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Elchi.az xəbər verir ki, panel Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilib. İçərişəhər qoruğunun həyata keçirdiyi tədbirlər haqqında danışan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, burada əhalinin azalmasının müşahidə olunmadığını qeyd edib: “Qoruq inkişaf mərhələsindən keçərək 2017-ci ildə bir təşkilat olaraq çıxış edib. Qoruq idarəsi iki hissədən ibarətdir. Hər iki qoruqda yüzlərlə abidə mövcuddur. Bizim məqsədimiz sakinlərlə birbaşa təmasda olmaq, turizmi inkişaf etdirmək və abidələri qorumaqdır”.

Onun sözlərinə görə, İçərişəhərin 85 faiz ərazisi tarixi abidələrdən ibarətdir. Orada ən xırda pəncərənin dəyişməsinə də diqqət yetirilir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Haciyeva təmsil etdiyi qurum haqqında məlumat verib. O, mədəni abidələrin monitorinqinin aktiv şəkildə aparıldığını qeyd edib. “Abidələrin bir çoxu baxımsız vəziyyətdədir. Bəzi abidələrin əraziləri qeyri-qanuni zəbt olunub. Həmçinin şəxsi ərazilərdə yerləşən abidələr mövcuddur ki, orada bərpa işləri aparmaq çətinliklər yaradır”, – deyə xidmət rəisi əlavə edib.

S.Hacıyeva düzgün bərpa olunmayan abidələr haqqında söz açıb: “Bərpa prosesində bəzi abidələrin həqiqi siması itirilib, bir qrup abidə qəzalı vəziyyətə düşüb. Bir məqamı da qeyd etmək istəyirəm, əsasən yaşayış evlərində təmir-bərpa işlərini həyata keçirmək çətindir. Çünki sakinlər bu prosesə ehtiyatla yanaşır”.

Onun sözlərinə görə, 2020-ci ilin noyabrından Dövlət Xidmətinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə monitorinqlər keçirilir. Sonuncu monitorinqlər bu ilin yay-payız aylarında baş tutub. Şərqi Zəngəzurda, Ağdam rayonunda monitorinqlər keçirilib.

Xidmət rəisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ildə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısının yenilənməsinə ehtiyac olduğunu bildirib.

Tarixi binalar üzərində olan məlumatverici lövhələrdə səhvlər olduğunu diqqətə çatdıran S.Hacıyeva onlara düzəliş edlməsində çətinlik yarandığını vurğulayıb. Bunun səbəbi isə siyahıda çatışmazlıqların olmasıdır.

O, Dövlət Xidmətinin bir sıra hədəflərinin olduğunu deyib: “Abidələrin qorunması prosesində monitorinqlərin davam etdirilməsi, daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi, ekspert şurası tərəfindən yeni siyahının və elektron reyestrin işlənilməsi, abidələrdə müdaxilələrin və dağıntıların müəyyən edilməsi, qəzalı vəziyyətdə olan abidələrin bərpası, pasportlaşdırılması, müasir və çevik sisteminin işlənilməsi və digər bu kimi işlər görülməlidir.

Qoruqların tarixi əhəmiyyəti barədə danışan Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova abidələrin düzgün bərpa edilməsi üçün tədbirlər həyata keçirildiyini qeyd edib: “Qoruğun bərpası ilə məşğul olan hər bir qrup və mütəxəssis bilir ki, bu proses çətindir. Əhalinin abidələrin qorunması üçün sosial məsuliyyətinin olması vacib amildir”.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar barədə məlumat verib.

Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti “Atelier Erich Pummer GmbH”un 2010-cu ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq etdiyini nəzərə çatdıran şirkətinin müdir müavini Çingiz Nemanzadə bu müddət ərzində “Qız Qalası”, “Qoşa Qala” qapıları, Məhəmməd, Cümə və Bəylər məscidləri kimi məşhur tarixi abidələrdə restavrasiya işlərinin müvəffəqiyyətlə aparıldığını qeyd edib.

Televiziya aparıcısı, tədqiqatçı, bələdçi Fuad Axundov tarixi bina fasadlarına edilən dəyişikliklərin yolverilməz olduğuna diqqət çəkib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli Məclisin növbəti plenar iclasının vaxtı AÇIQLANIB

Next Post

Əmrullayev bu xanıma vəzifə verdi

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post
Olimpiada üçün rekord sayda şagird qeydiyyatdan keçdi

Əmrullayev bu xanıma vəzifə verdi

Peskov prezident seçkiləri ilə bağlı sualı cavablandırıb

Rusiyanın almaz qadağasından yan keçmək variantı var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.