Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir.
Elchi.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, prosesin dinamikasını təmin etmək üçün konkret addımlar da atılmalıdır:
“Xüsusi nümayəndələrin işinin davam etməsi, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.
Paşinyan həmçinin qeyd edib ki, Türkiyə ilə sərhədlərin açılması ilə təkcə danışıqlar aparılmamalı, konkret addımlar atılmalıdır.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...





