"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın milli valyutasına və ordusuna real təhlükə – Avrasiya ittifaqı

14 Mart 2015 - 09:16
in XƏBƏR LENTİ

Azərbaycanın milli valyutasına və ordusuna real təhlükə - Avrasiya ittifaqı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Vahid rubl zonasının avrozonadan fərqi SSRİ ilə Avropa Birliyi arasındakı fərq qədərdir; müstəqil ordumuza, digər dövlət atributlarımıza təhlükə yaradan yolu artıq bir dəfə keçmişik…

 
Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqı layihəsinə real məzmun vermək üçün prosesi sürətləndirmək qərarı verib. Onun az öncə hökumətə və Rusiya Mərkəzi Bankına sentyabrın 1-ədək qurumun vahid valyutaya keçidinə dair lazımi sənədləri hazırlamaq haqda göstərişi, sözsüz ki, bu istəyin təzahürüdür.
Yada salaq ki, ortaq pul vahidinin tətbiqi Avrasiya İttifaqının nizamnaməsində də nəzərdə tutulub. Həmin sənədə əsasən, qurumun 2025-ci ilə kimi Vahid Mərkəzi Bankı da yaradılmalıdır. Birinci sual da burdan çıxır ki, əgər söhbət doğrudan da bərabərhüquqlu dövlətlərin birliyindən gedirsə, o zaman nədən göstəriş yenə də Moskvadan gəlir və nədən məhz rubl?
Doğrudur, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bir növ, özünü sındırmamaq üçün vahid valyuta ilə bağlı iki variant təklif edib. O, ortaq valyutanın “altın”, ya da “yevraz” adlandırılması ideyasını irəli sürüb. Lakin bu, daha çox daxili auditoriyaya hesablanmış təsəlliverici addım təəssüratı bağışlayır. Çünki aydındır ki, ən sonda Rusiya deyən olacaq.
Putinin ötən il Qazaxıstanın “süni dövlət” olması haqda söylədiklərini, bu türkdilli dövlətin ərazi bütövlüyünü faktiki şübhə altına almasını nəzərə alsaq, Astananın Kremlin qarşısında şərt qoyacağı ağlabatan görünmür. Qərblə körpülərin xeyli hissəsini yandırmış Belarus isə çoxdan Rusiyadan asılı durumda olduğundan, çətin ki, onun prezidenti Lukaşenko Putinin bir sözünü iki edə bilsin. Ermənistandan isə bəlli səbəblərdən danışmağa dəymir.
Beləcə, ehtimal yüksəkdir ki, Avrasiya İttifaqının vahid pulu olacaqsa da, bu, yenə rubl olacaq – təbii ki, həmin tarixədək bölgədəki və dünyadakı vəziyyət, regional və qlobal şərtlər, o sırada Ukraynada durum dəyişməz qalsa, Putinin yenilməz imici dağılmasa.
Bir iş də var ki, beynəlxalq sanksiyaların təsiri altında onsuz da ağır duruma girmiş Rusiya iqtisadiyyatı ona qədər daha acınacaqlı kökə düşə, Moskvanın başı tamam ayrı problemlərə qarışa bilər ki, bu da vahid rubl zonası bir yana, qurumun özünün perspektivi məsələsini arxa plana sürüşdürər.
Bu xüsusda politoloq Vəfa Quluzadə tam haqlıdır deyəndə ki, “nəinki təşkilatın vahid valyuta ideyası, ümumiyyətlə, Avrasiya İttifaqının özünün gələcəyi sual altındadır”. Artıq bir çox digər analitiklər də oxşar proqnozlar səsləndirir. Amma Avrasiya İttifaqı ideyası tamamilə fiasko olanadək Moskva postsovet ölkələrinə, ələlxüsus, “sözəbaxmayan” həmsərhəd suveren dövlətlərə, bu dövlətlərin iqtisadiyyatlarına ciddi problemlər, başağrısı yarada bilər.
Hər halda, kağız üzərində də olsa, vahid rubl zonası haqda anlaşma Kremlin əlinə quruma üzv ölkələrə əlavə təzyiq rıçaqları verəcək. Avrasiya İttifaqının SSRİ-nin prototipi kimi nəzərdə tutulduğu hesaba alınarsa, utopik görünsə belə, üzv ölkələrin milli ordularının ləğvi məsələsi də gündəmə gətirilə, Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yeni “vahid ordu”nun özəyində dura bilər.
Yaxın tarixə nəzər salsaq görərik ki, SSRİ də elə bu cür, müttəfiq respublikaların suverenliyi, atributları (pul, ordu) yavaş-yavaş Moskva tərəfindən “ortaq valyuta”, “ortaq ordu” adı altında əllərindən alınaraq qurulub. Guya SSRİ Konstitusiyasına görə, 15 müttəfiq respublikanın hər biri ayrıca suveren dövlət kimi İttifaqın tərkibindən sərbəst çıxmaq hüququna malik idi. Di gəl, bu hüququ həyata keçirmək hansı qurbanlar, qanlar hesabına başa gəldi, Kreml həmin hüququn önündə hansı əngəllər yaratdı, hamıya bəllidir.
Eyni prosesin bir qədər fərqli, daha “sivil” qiyafədə gedəcəyi istisna deyil. Ancaq nəticə dəyişməyəcək. Demək, milli maraqlarımız Azərbaycanın bu prosesdən axıradək kənarda durmasını diktə edir. Biz 23 il öncə rubldan (Kremldən) canımızı zorla qurtarıb manata keçmişik, bir daha rubla qayıtsaq, təhlükə var ki, bu dəfə müstəqilliyimiz əbədiyyən əldən gedər. O yolu artıq keçmişiksə, nəticə məlumdursa, Dağlıq Qarabağ boyda yara almışıqsa, bir də yoxlamağa dəyərmi?
Deyilə bilər ki, Avropa Birliyi də vahid qurumdur və əksər üzv ölkələrdə vahid pul vahidi kimi avro işləyir. Ancaq 2 böyük fərq var:
1. Avropa Birliyi ölkələrinin suverenliyi və ərazi bütövlüyü, digər dövlət atributları, o cümlədən ordusu qorunub saxlanılıb.
2. Üzv ölkə öz ərazisində istənilən an adicə referendum keçirməklə qurumu tərk edə bilər.
Vahid Avropa ordusu da yaradılsa, eyni şərtlər qüvvədə qalacaq təbii ki. Çünki bu, gerçəkdən, bərabərhüquqlu, demokratik dövlətlərin könüllü birliyidir. Bura kimsəni zorla cəlb etməyiblər. Türkiyə kimi dövlət illərdir onun üzvlüyünə can atır…
Ən önəmlisi odur ki, Avropa İttifaqı yüzdə yüz üzv ölkələrin əhalisinin iqtisadi-sosial rifahının, milli təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edirsə, Avrasiya İttifaqı sırf  Kremlin imperiya maraqlarına, azad xalqları kölə hala salmağa hesablanmış antidemokratik ölkələrin könülsüz birliyidir. O da təbii ki, yaşasa.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin haqda sensasion xəbərlər

Next Post

Büdcə dolur, sahibkarların isə narazılığı artır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Büdcə dolur, sahibkarların isə narazılığı artır

Prezidentin prezident yolunda ölümü və ya Putinin qəbul etdiyi islam

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.