"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın mina problemi ABŞ-da müzakirə olundu – FOTO

05 Dekabr 2022 - 22:09
in ÖNƏMLİ

ABŞ-ın Napa Vadisində “Sülhün Kökləri” təşkilatının vasitəçiliyi ilə “Sülh üçün çağırış festivalı”nda (“The Festival of the Bells for Peace”) Azərbaycanın mina problemi müzakirə olunub.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az xəbər verir ki, “Sülh üçün çağırış festivalı” təhlükəli ərazilərin minalardan təmizlənməsi, müharibənin təsirinə məruz qalmış bölgələrin yenidən qurulması və bərpası üçün yardım vəsaitinin toplanmasına həsr olunub.

Tədbirdə Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev panel müzakirələrdə iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhn dünyanın 30 ölkəsində 30 milyondan çox minanın basdırıldığını və bunun insanların təhlükəsiz yaşam şəraitinə ciddi şəkildə təsir göstərdiyini vurğulayıb. Həmçinin, Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasına toxunub. Bildirib ki, cari ilin mart ayında BAMF-ın dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizə səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə baş çəkib, minalarla yüksək səviyyədə çirklənmənin öz gözləri ilə şahidi olub və beynəlxalq ictimaiyyətə bu sahədə dəstək verməyə çağırış edib. Eyni zamanda, Qarabağda icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti istiqamətində görülən işlərin sevindirici olduğunu qeyd edib.

Birinci paneldə çıxış edən spikerlər diplomat Kenet Quin, səfir Xəzər İbrahim, Ramil Əzizov və Rotari klub nümayəndəsi Sehab Elavar Azərbaycanın mina problemi və onun həllinə beynəlxalq dəstək istiqamətində müzakirələr aparıblar.

Çıxış zamanı səfir Xəzər İbrahim Azərbaycan ərazilərinin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer aldığını və hazırkı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını qeyd edib. Mövcud mina probleminin icra edilən bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına ciddi maneə olduğunu, eləcə də regionda sabitlik və davamlı sülhün təmini sahəsində beynəlxalq resursların cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

ANAMA-nın İdarə rəisi bildiib ki, baş verən 158 mina insidentindən 116-sı keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Mina qurbanlarının sayı və Agentlik tərəfindən mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verib. Həmçinin Azərbaycan hökuməti tərəfindən aparılan minatəmizləmə əməliyyatlarının dayanıqlı inkişafa xidmət etdiyini vurğulayıb.

Tədbir ABŞ, Kolumbiya, Yaponiya, Ukrayna, Belarus, Xorvatiya, Livan və Laosdan iştirak edən müvafiq nümayəndələrin mina təhlükəsi, minaların törətdiyi fəsadlarla bağlı çıxışları ilə davam edib.

Tədbirin 2-ci günündə “Sülh üçün Minalardan Üzümlüklərə qlobal çağırışı” adlı şam ziyafəti təşkil olunub. Burada çıxış edən Umud Mirzəyev Qarabağa qayıdış prosesində və minatəmizləmə əməliyyatlarında vətəndaş cəmiyyəti təşkilatı olaraq BAMF-ın fəaliyyətlərindən və “Sülhün Kökləri” təşkilatı ilə olan uğurlu əməkdaşlıqdan danışıb. BAMF prezidenti, həmçinin Qarabağda “Minalardan Üzümlüklərə” layihəsinin icrasına başlanılması ilə bağlı qlobal çağırış edib.

Qeyd edək ki, “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhnun bütün dünyada minaların məhv edilməsi, mina sahələrinin üzüm və meyvə bağlarına çevirmək təşəbbüsü milyonlarla insanın həyatına təsir edib. Müharibə zonalarında “sülh toxumları” səpmək məqsədilə başladılan “Mines to Vines” ideyası bu gün dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir.(report)

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan səfirliyi: 16 mindən çox vətəndaşımız Ukraynadan köçürülüb

Next Post

Ukraynadakı müharibənin nəticəsindən asılı olaraq… – Zas açıqladı

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Ukraynadakı müharibənin nəticəsindən asılı olaraq… – Zas açıqladı

Ukraynadakı müharibənin nəticəsindən asılı olaraq... - Zas açıqladı

Molla rejiminin muzdluları Təbriz küçələrini hərbi hissəyə çevirdilər

Molla rejiminin muzdluları Təbriz küçələrini hərbi hissəyə çevirdilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.